“Qu gölü” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda nümayiş etdiriləcək
Tarix: 26.09.2018 | Saat: 01:17:00 | E-mail | Çapa göndər



Sentyabrın 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsəri Eldar Əliyevin xoreoqrafik adaptasiyasında təqdim olunacaq. Baletin xoreoqrafiyası Marius Petipaya və Lev İvanova, 1950-ci ildə redaktəsi Konstantin Sergeyevə (1910-1992) məxsusdur. Balet Eldar Əliyevin xoreoqrafik adaptasiyasında Primorye səhnəsində ilk dəfə 2015-ci il yanvarın 23-də qoyulub. Baletin budəfəki nümayişi Marius Petipanın anadan olmasının 200 illik yubileyinə həsr ediləcək.
Eldar Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. Eldar Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“CinemaPlus”da “Qış nağılı” filmində rol almış türk məşhurları ilə görüş
15.10.2018
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib
15.10.2018
Şəki teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
13.10.2018
İqor Ponomarenkonun orkestrinin konserti olub
13.10.2018
Bakı Media Mərkəzinin istehsal etdiyi veriliş beynəlxalq festivalda mükafat qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10243

1 Ömrün 60-cı payızı
2 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
3 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info