Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
Tarix: 26.09.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


“Azərbaycanın növbəti “Azərspace 2” peykinin orbitə çıxarılması tarixi hadisədir və dövlətimizin növbəti qələbəsi, uğurudur”. Bunu “Trend”ə Milli Məclisin deputatı Musa Quliyev deyib. M.Quliyev bildirib ki, növbəti peykimizin orbitə buraxılması dövlətimizin gücünün, qüdrətinin göstəricisidir: “Dünyada az sayda dövlətlər var ki, onlar peyklərə malikdir. Bu, təkcə bizə iqtisadi dividend gətirmir, eyni zamanda həm siyasi, həm də mənəvi mənada böyük uğur deməkdir. Son beş il ərzində 3 peykə sahib olan Azərbaycan dünyanın kosmik klubunun üzvünə çevrilib və dünya kosmik sənayesində öz mövqelərini möhkəmləndirir”. Deputat qeyd edib ki, bu peykin orbitə çıxarılmasının çox böyük iqtisadi gəlirləri olacaq və qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq: “Ölkəmiz bu peyklər vasitəsilə böyük gəlirlər əldə edəcək. İnformasiya təhlükəsizliyi baxımından da bu peyklərin çox böyük əhəmiyyəti var”. M.Quliyev əlavə edib ki, “Azərspace 2” peykinin orbitə çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə də böyük töhfədir. Qeyd edək ki, Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb. Peyk Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5″ daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Rusiyalı tarixçi: Ermənistanda faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi aktuallığını itirmir
18.10.2018
Musa Qasımlı: Ötən illər göstərdi ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur
18.10.2018
“Son 15 ildə müstəqil Azərbaycan heyrətamiz inkişaf və yüksəliş yolu keçib”
18.10.2018
Baş nazir Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini ilə görüşüb
18.10.2018
Azərbaycan nümayəndə heyəti Pekində Tayhu Dünya Mədəniyyət Forumunda iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info