SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
Tarix: 26.09.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi (YDM) MDB-də ən yaxşı YDM seçilib. Bu barədə SOCAR məlumat yayıb. “SOCAR Energy Ukraine” şirkətinə məxsus Odessa şəhərindəki yanacaqdoldurma məntəqəsi “Sovremennaya AZS” (“Müasir yanacaqdoldurma məntəqəsi”) jurnalının ekspert komissiyasının araşdırmasına əsasən MDB ölkələrində ən yaxşı məntəqə seçilib. Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir və şirkət 2009-cu il dekabrında yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 286 milyon dollar həcmində sərmayə yatırılıb. Şirkətin Ukrayna ərazisində 61 YDM-i fəaliyyət göstərir. Ukraynada “SOCAR Energy Ukraine” şirkətinə məxsus 4 neft bazası Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində fəaliyyət göstərir. Bu ilin birinci yarısında “SOCAR Energy Ukraine” ölkəyə 250 milyon kubmetr təbii qaz idxal edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Cari ildə ölkədə 145 min ton metanol istehsal edilib
19.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR-ın idarəçiliyində ilk iclasları keçirilib
19.06.2019
İlin 5 ayı ərzində qeyri-neft sektorunda ixrac 17,8 faiz artıb
19.06.2019
Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq
19.06.2019
Prezidentdən yeni qanunvericilik təşəbbüsü: Pensiyanın minimum məbləği 200 manata çatdırılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info