“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
Tarix: 26.09.2018 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Bakıda təşkil olunan 3-cü “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi iştirakçı ölkələrin diqqət mərkəzindədir. Sərgi çərçivəsində bir sıra görüşlər keçirilib, əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Belə nəticələrdən biri də odur ki, Türk Aerokosmik Sənayesi (TUSAŞ) aviasiya sənayesində həyata keçirdiyi layihələri dəstəkləmək üçün Azərbaycanla əməkdaşlıq edəcək.

Türkiyə mediasının da geniş verdiyi “ADEX-2018”lə bağlı digər bir yazı isə sərgidə iştirak edən ASELSAN şirkəti ilə bağlıdır. Qeyd edək ki, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin sədri-baş direktor Haluk Görgünün başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb. Haluk Görgün “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
“Aksam.com.tr” saytında isə “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi” başlıqlı yazı dərc edilib. ASELSAN tərəfindən istehsal olunan lazer avadanlıqlarının Azərbaycanın hazırladığı milli silahlara uğurla inteqrasiya olunmasından bəhs edən yazıda qeyd edilir ki, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin iştirakı ilə Bakıda keçirilən 3-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX 2018) müxtəlif müdafiə sənayesi məhsulları nümayiş etdirilir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendində ölkədə hazırlanmış milli sursatlar və ona inteqrasiya edilən ASELSAN-ın lazer avadanlıqları birlikdə təqdim edilir.
ASELSAN-ın Beynəlxalq Ticarətin İnkişafı Məsələləri üzrə məsul şəxsi Erdem Can Özdemir açıqlamasında şirkətin uzun müddətdir dost və müttəfiq Azərbaycana dəstək verdiyini və bu ölkədəki fəaliyyətlərinin 1997-ci ildən bəri davam etdiyini söyləyib. Lazer avadanlıqları ilə bağlı işlərin ötən il İstanbulda keçirilmiş 13-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində başladığını söyləyən Özdemir, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN arasında bir anlaşma memorandumunun imzalandığını bildirib.
Bu məqsədlə texniki qrupların qarşılıqlı danışıqlar apardıqlarını deyən Özdemir qeyd edib ki, ASELSAN-da istehsal olunan lazer təlimat dəstinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi Araşdırma İnstitutu tərəfindən hazırlanan avadanlıqlara inteqrasiyasını araşdırıblar.
O, lazer avadanlıqlarının inteqrasiyasının uğurla tamamlandığını, 2018-ci ilin sonuna qədər Azərbaycan Hava Qüvvələrinə aid döyüş təyyarələrinin bombalarının lazer təlimat dəsti ilə təmin ediləcəyini deyib. Lazer avadanlıqları ilə bağlı məlumat verən Özdemir sınaq zamanı döyüş təyyarələrinin təyin olunmuş nöqtələrə buraxdıqları bombaların lazer işarəsi sayəsində hədəfə çatdığını söyləyib.
Sursatların ucuna və arxa tərəfinə əlavə olunan sistemlər sayəsində avadanlığın "ağıllı" vəziyyətə gəldiyini deyən Özdemir bildirirb ki, döyüş təyyarəsində olan hədəfləmə mexanizmi və ya yerdən piyada dəstəyilə edilən lazer işarələməsi nəticəsində bomba hədəfini tapır. O, lazer avadanlqıları layihəsinin ASELSAN-da 2013-cü ildə başladığını, inkişaf etdirildiyini və Türk Hava Qüvvələrində sertifikatlaşdırılmış şəkildə 2015-ci ildə istifadəsinə başlanıldığını deyib.
Özdemir Türk Silahlı Qüvvələrinin inventarında yer alan lazer avadanlıqları dəstinin əməliyyat baxımından əhəmiyyətli rolu olduğunu bildirib: "Türk Hava Qüvvələrindən başqa, müxtəlif dost və müttəfiq ölkələrdə lazer avadanlığının hava qüvvələrində istifadə etməyə cəhdlərimizi davam etdiririk. Əminəm ki, bu mövzudakı işlərimiz tezliklə məhsuldar olacaq".
Qeyd edək ki, mövzu ilə bağlı “Sabah.com.tr”, “Yenisafak.com”, “Aa.com.tr” və digər saytlarda da yazılar dərc edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 202 Proqram qəbul edilib
15.10.2018
“Azərbaycan son 15 ildə Prezidentin rəhbərliyi ilə xarici siyasət sahəsində ciddi uğurlara imza atıb”
15.10.2018
Azərbaycan vətəndaşları üçün Almaniyaya viza verilməsi prosesi sadələşdirilə bilər
12.10.2018
Söz azadlığından danışan müxalifət niyə Qurban Məmmədovun “səsini boğdu”?
12.10.2018
Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri cəfəngiyatdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10248

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info