ADPU-nun gənc kitabxana əməkdaşından daimi oxuculara hədiyyə
Tarix: 04.10.2018 | Saat: 13:43:00 | E-mail | Çapa göndər


“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer – bilik, zəka mənbəyidir”.
Heydər Əliyev

Kitab və mütaliənin təbliği hər bir kitabxana fəaliyyətinin əsas istiqamətidir. Mütaliə bütün insanların, o cümlədən gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Eləcə də zövq və təfəkkürü tərbiyə edir. Əsl təhsil yalnız mütaliə ilə əldə edilir.
Məlum olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmiz üçün müəllim-kadrlar yetişdirir. Yüksək effektli müəllim təməlinin qurulmasında, ADPU Kitabxana İnformasiya Mərkəzi olaraq, biz də oxucuların hərtərəfli inkişafının qayğısına qalırıq. Məhz bununla bağlı yeni bir aksiya keçirmək qərarına gəldim. 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar gələcəyin müəllimləri olan və kitabxanamıza tez-tez müraciət edən, daim mütaliə ilə məşğul olan tələbələrimizə bədii ədəbiyyatın təbliğini gücləndirmək məqsədilə stimul olaraq kitab hədiyyə etməyi qərara aldım. Düşünürəm ki, bu addım digər oxucularımızın mütaliəyə marağını daha da artıracaq.
Hesab edirik ki, gənclərimizə mütaliəni sevdirmək və onlarda mütaliə mədəniyyətini formalaşdırmaq üçün kitabxanalar tərəfindən həvəsləndirici addımlar atılmalıdır. Çünki mütaliə insanların ictimai şüurunun formalaşmasına və təhsil səviyyəsinin yüksəlməsinə təsir göstərən ictimai əlaqələr sistemidir.
Müasir gənc, ilk növbədə yeni texnologiya və resursların istifadəçisi, virtual informasiyanın qavrayışına istiqamətlənmiş şəxsiyyətdir. Mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Gələcəyin müəllimləri isə hökmən bu keyfiyyətlərə sahib olmalıdırlar.
Eyni zamanda əlamətdar gün münasibətilə bütün müəllimlərimizi səmimi-qəlbdən təbrik edir, müqəddəs fəaliyyətlərində uğurlar arzulayıram.

Sevda Aslanlı




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Aİİ-də BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib
19.11.2018
Tələbələrimiz beynəlxalq müsabiqənin Çin üzrə final mərhələsində iştirak ediblər
19.11.2018
Təhsil nazirinin yeni müavini kollektivə təqdim olunub
19.11.2018
Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək
17.11.2018
Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info