Pakistanda beynəlxalq turizm sərgisində Azərbaycan pavilyonu böyük maraqla qarşılanıb
Tarix: 08.10.2018 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Pakistanın Kəraçi şəhərindəki Expo Mərkəzində "Pakistan Travel Mart" turizm sərgisi açılıb. Sərgidə Pakistan, Malayziya, Vyetnam, Şri-Lanka, Tailand, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən bir sıra turizm, sığorta şirkətləri, otellər, aviaşirkətlər öz xidmətlərini nümayiş etdiriblər.
Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşlarının da qatıldığı sərgidə ikinci böyük heyətlə iştirak edən ölkəmiz ilk dəfə olaraq Azərbaycan Turizm Assosiasiyası (AZTA) və 18 müxtəlif turizm şirkəti və otel nümayəndələrindən ibarət 30 nəfərlə təmsil olunub.
Azərbaycanı təmsil edən şirkətlərin stendləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. AZTA-nın üzvləri Azərbaycana aid stendlərlə maraqlanan hər bir iştirakçıya ölkəmizin turizm sənayesində müşahidə olunan inkişaf, ildən-ilə artan turist axını, eləcə də ölkədə hökm sürən sabitlik və təhlükəsizlik şəraiti barədə geniş məlumat veriblər.
Sərgi çərçivəsində müxtəlif mövzularda konfranslar və beynəlxalq forum da təşkil olunub. Tədbirlərdə və Pakistanın Xeybər-Paxtunxva və Gilgit-Baltistan əyalətlərinin turizm üzrə nazirlərinin iştirakı ilə təşkil edilmiş şam yeməyində çıxış edən Azərbaycan nümayəndələri təşkilatçılara öz təşəkkürlərini çatdırıb, ölkəmizdə xüsusən son illərdə turizm sahəsində əldə olunan inkişafı və ölkəyə gələn turistlərin sayındakı ciddi artımın olduğunu vurğulayıblar.
Forumda iştirak edən Pakistanın Sind əyalətinin təhsil, mədəniyyət və turizm naziri Azərbaycanda turizm sektorunda əldə olunmuş inkişafı və həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Sərgidə iştirakçılara səfirliyimizin Azərbaycan və turizmə aid hazırladığı bukletlər, eləcə də ATA-nın və turizm şirkətlərinin müxtəlif təbliğat materialları paylanılıb.
Məlumat üçün bildirək ki, son iki ildə Pakistandan ölkəmizə gələn turistlərin sayında 8 dəfədən çox artım müşahidə edilib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info