Ermənistanda maaş və pensiyalarda heç bir artım gözlənilmir
Tarix: 08.10.2018 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


“Yeni hökumət Ermənistanda islahatların həyata keçirilməsi barədə yalnız boş vədlər verməklə məşğuldur”

Ermənistan parlamentinin dördgünlük iclaslarının üçüncü günü də bizlərdə deyildiyi kimi, “papağı günə verməklə” keçirilib. Məsələ bundadır ki, parlament iclasının üçüncü gününün boş keçməsinin günahı erməni deputatlarda olmayıb. İclas, qəribə də olsa, gündəliyin olmaması səbəbindən baş tutmayıb.
Maraqlıdır ki, ermənilərin “1in.am” saytı buna birmənalı münasibət bildirməyib və deyərdik ki, buna qarşı bir növ “üsyan” sərgiləyib: “Göründüyü kimi, “əhəmiyyətsiz” olan bu fakt, əslində, ölkənin bir nömrəli məsələsidir. Çünki bu, hökumətimizin gündəliyə malik olmadığının, ölkədə heç bir islahatın aparılmadığının, korrupsiyaya qarşı mübarizənin yarımçıq qaldlğının göstəricidir. Bu gün hökumət qanunvericilik təşəbbüsləri ilə çıxış etməzsə, onda institusional siyasətlər barədə danışmaq, sadəcə olaraq, vaxt itirmək deməkdir”.
Sayt daha sonra yazır: “Bu gün yeni hökumət qanunvericilik fəaliyyətinin olmamasını cinayət-oliqarxik parlamentin mövcudluğundan qaynaqlandığını sübut etməklə əsaslandıra bilməz. Çünki son beş ayda, yeni hökumət kabinetinin gətirdiyi, ən azı, bir təşəbbüsə qarşı deputatların səs verdikləri barədə heç bir fakt yoxdur”.
Sayta görə, yeni hökumətin parlamentdə gündəliyə malik olmaması çox gülünc görünür. Axı son beş ayda ölkədə "düşmən" obrazı yaradılıb, “onlara qarşı mübarizədə qəhrəmanlıq” qazanmağa nə hacət? Görünən isə budur ki, yeni hökumət bu gün Ermənistanda islahatların həyata keçirilməsi barədə, hələ ki, boş vədlər verməkdədir.
Robert Kocaryanın qısamüddətli həbsinə diqqət çəkən sayt, ölkədə "düşmən" obrazının cəmiyyət tərəfindən yaradılmadığını bildirir: “...Ona görə də cəmiyyəti qorxutmaq üçün “düşmənin” varlığına ehtiyac yoxdur. Çünki, artıq Manvel Qriqoryan kimi, Robert Kocaryan da getdikcə ikinci plana keçirilərək unudulmaqdadır. Reallıq isə budur ki, Ermənistanda heç bir islahat - heç bir sərmayə, həm də vəd edilən repatriasiya (əhalinin geri qayıtması) yoxdur. Əksinə, yenə də erməni köçü Ermənistandan köçməkdədir”.
Hazırda bəziləri Ermənistan parlamentinə erkən seckilərin keçirilməsinin ölkədə sərmayə və repatriasiya problemini həll edəcəyini iddia edirlər. Ancaq maraqlıdır ki, erkən seçki cəmiyyətdə getdikcə əyləncə mövzusuna çevrilməkdədir: “...Ona görə də inqilabı "düşmənlərdən" və ən qısa müddətdə "xilas etməliyik". Bunun üçün erkən seçkilərin alternativi yoxdur”. Əslində, bu fikirləri erməni saytının istehzası kimi də dəyərləndirmək olar.
Yeri gəlmişkən, qeyd edək ki, bu gün Ermənistanın yeni hökumətinin vergi gəlirlərinin artması hesabına ölkədə pensiya və maaşların artırılacağı barədə dedikləri ölkə əhalisi tərəfindən ümidlə qarşılansa da, bir çox ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.
«Əgər "məxməri inqilab"ın iqtisadi təsiri respublikada görünsə, bu halda 2019-cu ildə Ermənistanda təqaüd və maaşlar artacaq». Bu haqda «Sputnik Armeniya» saytına «B4B» portalının yaradıcısı, iqtisadi ekspert Babken Tunyan məlumat verib.
İqtisadi ekspertin sözlərinə görə, bu gün əgər ölkədəki pensiyaçıların təqaüdləri 100 dram artırılarsa, bu, dövlət büdcəsinə çox böyük məbləğə başa gələ bilər. Təbii ki, belə bir addımın atılmasının ölkə əhalisinin rifahına elə də böyük bir təsir göstərməyəcəyini nəzərə alsaq, bu halda, belə bir sual doğa bilər: hökumət tərəfindən belə bir adım atılmasına dəyərmi? Əslində, pensiyaçıların təqaüdlərinin 1000 dram artırılması ölkədəki bugünkü qiymət artımı ilə müqayisədə heç nədir, yəni belə bir addımın atılması xalqın rifah səviyyəsinin yüksəlməsinə heç bir təsir göstərə bilməz: «Əslində, bu seçimi Nazirlər Kabineti etməlidir. Məhz buna görə də yeni baş nazirin ifadələrini nəzərə alsaq, adamda gələn il üçün ölkədə pensiya və maaşların artması ilə bağlı təəssürat yarana bilər».
Saytın yazdığına görə bu gün Ermənistanda insanlar erkən seçkilərdən sonra «məxməri inqilab»ın iqtisadi təsirləri haqqında tez-tez danışmağa başlayıblar. Əgər, doğrudan da, deyildiyi kimi, ölkədə vergi gəlirləri artırılacağı təqdirdə, pensiya və maaşların səviyyəsində artım olmayacaqsa, bunun əhali arasında hansı effekt verəcəyini də anlamaq lazımdır.
Bu gün pensiyaların Ermənistan əhalisinin ən həssas yeri olduğunu bildirən Tunyan onların ərzaq xərclərinin böyük bir hissəsinə sahib olduqlarını xatırladır.
Xatırladaq ki, Ermənistan parlamentinin 2019-cu il üçün qəbul etdiyi dövlət büdcəsi layihəsində respublikada minimum əməkhaqqı və əmək pensiyalarının eyni səviyyədə qalacağı bildirilib. Bununla yanaşı, əmək pensiyalarının hesablanmasında da heç bir dəyişiklik edilməyəcək. Qeyd edək ki, bu gün Ermənsitanda pensiyaların miqdarı 16 min dram civarındadır.
Maraqlıdır ki, Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov yeni hökumətin vergi artımı hesabına ölkədəki pensiya və maaşların artırılacağı barədə dediklərinin populizmdən başqa, bir şey olmadığını bildirib. Onun sözlərinə görə, Ermənistanın yeni baş naziri, hələ ki, təmtəraqlı şüarlar səsləndirməkdən və selfilər çəkdirməkdən başqa, heç bir şey etməyib.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır
07.05.2019
Dava qrant davasıdır...
02.05.2019
İnkişaf müxalifətə sərf etmir...
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
15.04.2019
Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info