Ev şəraitində dişlərin təmizlənməsinin bir neçə üsulu var
Tarix: 09.10.2018 | Saat: 12:22:00 | E-mail | Çapa göndər


Dişlərə düzgün qulluq onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir. Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl təmizləmək lazımdır.
Respublika Stomatoloji Mərkəzin həkim-stomatoloqu Fidan Aslanlı dişlərin ağardılması barədə deyib: “Mütəmadi olaraq hər gün 3-5 dəqiqə ərzində dişlərin xarici, daxili və çeynəmə səthi fırçalanmalıdır. Bunun üçün təxminən 10 dəqiqə ərzində fırça diş boyu vertikal istiqamətdə, ən az 400 dəfə hərəkət etdirilməlidir. Axşam dişləri təmizlədikdən sonra isə diş ətini 5-7 dəqiqə ərzində masaj etmək məsləhət görülür. Ağız boşluğu və diş ətinin iltihabi xəstəlikləri olduqda masaj etmək düzgün deyil”.
Həkim ev şəraitində dişlərin təmizlənməsinin bir neçə üsulu barədə məlumat verib: “Dişlərin ağardılması üçün ağcaqayın ağacının quru oduncağı ocaqda yandırılır və onun külü ilə dişlər təmizlənir. Bir ay ərzində həftədə iki dəfə zeytun yaği, soda və limon suyunun qarışığı ilə də dişləri ağartmaq olar. Onu da qeyd etmək lazımdır ki, bu prosedurun tez- tez təkrarlanması diş emalını zədələyə bilər.
Diş məcununa əlavə edilən bir damcı limonun efir yağı dişlərin bəyazlığı ilə yanaşı ağızdan gözəl qoxu gəlməsinə də səbəb olur.
Möhkəm və çiy tərəvəzlər diş minasına zərər vermədən təmizləyici və ləkəçıxarıcı kimi istifadə edilir. Təzə alma, yerkökü, kərəviz, paxla və s. meyvə və tərəvəzlərin tərkibindəki sellüloz bakteriyaları aradan qaldıran təbii aşındırıcı lifdir.
Bundan başqa 1 stəkan suda 1 ədədə hidrogen-peroksid həbi həll edilir və ağız onunla yaxalanır. Həmin proseduru hər gün təkrarlamaq lazımdır.
Bir neçə ədəd aktivləşdirilmiş kömürün həbi əzilir, alınan tozla dişlər təmizlənir. Tam bəyaz olmasa da, dişlərin rəngi xeyli açılır.
Dil üzərində ağ ərp olduqda isə onu xüsusi diş fırçası ilə təmizləmək lazımdır”.
Damagların mohkəmliyi uçun C vitamini ilə zəngin olan çiyələk və limondan istifadə etməyi məsləhət görən həkim-stomatoloq həmin üsulların həkim təyinatı ilə aparılmasını daha məqsədəuyğun hesab edir. Belə ki, tətbiq olunan hissənin hidrogen-peroksidə, yağ və ya kömürə necə reaksiya verəcəyi məlum deyil və onlar diş emalı zədələyə bilər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırılıb
17.10.2018
İstanbulda Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən kitab çap edilib
17.10.2018
Azərbaycan yoxsulluqla mübarizə sahəsində uğurlu təcrübəyə malik ölkələrdəndir
17.10.2018
Almaniyada Bakı Metropoliteninin diaqnostika sahəsində təcrübəsi nümayiş etdirilib
17.10.2018
Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsində BP ilə əməkdaşlıq genişləndiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info