Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu
Tarix: 09.10.2018 | Saat: 12:57:00 | E-mail | Çapa göndər


Bu gün "İdeyadan Biznesə" layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların startap layihələri yarışıb. Yarışda Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Mühəndislik, ADA, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin tələbələri iştirak edib.
Tələbələrdən ibarət 15 komandanın hər biri 3 dəqiqə ərzində öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriləri üzrə qiymətləndiriblər.
Layihələrin təqdimatından sonra ən yaxşı startap komandası olan ali təhsil müəssisələrinin adları bəlli olub. Belə ki, Azərbaycan Mühəndislik Universiteti I yer, ADA Universiteti II yer, Azərbaycan Texniki Universiteti isə III yeri tutub.
Ümumilikdə ali məktəblər üzrə 8 startapçı - “Gonex” layihəsi ilə Adil Qafarlı, “Guide to” layihəsi ilə İlkin Quluzadə, “Just” layihəsi ilə Əli Babayev, “Yoldaş” layihəsi ilə Rüstəm Həsənli, “Xilaskar Braslet” layihəsi ilə Nərgiz Əliyeva, “Smart home” layihəsi ilə İsmayıl Həsənov, “Eagle 2.0” layihəsi ilə Ayxan Qurbanov, “Mayak” layihəsi ilə Aytac Əsgərova startap turlarının qaliblərinin yarışacağı Milli Finala dəvət olunub. Qeyd edək ki, Milli Final 26-30 oktyabr tarixlərində ilk dəfə olaraq Bakıda təşkil olunan “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək.
Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkəti ilə birgə həyata keçirdiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Mühəndislik və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində startap turları təşkil edilərək hər bir təhsil müəssisəsi üzrə qaliblər müəyyən olunmuşdu.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info