“Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə çalışırıq”
Tarix: 04.07.2013 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Ruqiyyət Seyidova: “Balakəndə keçirilən “Kitab bayramı”nda 1500 nüsxədən çox kitab nümayiş etdirildi”

Layihə çərçivəsində müsahibimiz Balakən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyət Seyidovadır

-Rayon Mədəniyyət və Turizm Şöbəsi 2013-cü ildə Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyi, Bülbül adına Uşaq İncəsənət və Qabaqçöl qəsəbə musiqi məktəbi, MKS və onun 29 kənd kitabxanası, 34 klub tipli mədəniyyət müəssisəsi ilə fəaliyyətə başlayıb. Rayonun mədəni-maarif müəssisələri şöbənin təsdiq etdiyi iş planına uyğun işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır, Mədəniyyət və Turizm Nazirliyi və Rayon İcra Hakimiyyəti tərəfindən verilən əmr və tapşırıqların yerinə yetirilməsinə nail olurlar. Odur ki, şöbə 2013-cü ilin birinci yarım ili ərzində bütün mədəni-maarif müəssisələrinə əlamətdar, tarixi günlərin, milli və dövlət bayramlarının, yubiley tədbirlərinin yüksək səviyyədə qeyd edilməsinə dair lazımi tövsiyə və göstərişlərini verib, müəssisələr tədbirlərin daha məzmunlu və rəngarəng keçirilməsinə nail olublar. Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 23-cü ildönümü, Xocalı faciəsi və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgilər təşkil edilib, dəyirmi masalar keçirilib. Heydər Əliyev Mərkəzinin əməkdaşları və tədqiqat qrupu üzvləri tərəfindən Heydər Əliyevin anadan olmasının 90 illiyinin qeyd edilməsi ilə əlaqədar görüləcək işlər barədə yığıncaq keçirilmiş və tədbirlər planı hazırlanıb. Ulu öndərin anadan olmasının 90 illiyinə həsr olunmuş “Böyük siyasətdə keçən illər”, “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır” mövzusunda Z. Əliyeva adına və Nizami adına məktəbin şagirdlərinə muzey əməkdaşları tərəfindən məruzələr oxunub.
Mərkəzdə ümummilli lider H. Əliyevin 90 illiyi ilə əlaqədar onun həyat və yaradıcılığını əks etdirən filmlər nümayiş etdirilib və silsilə tədbirlər keçirilib. Aprel ayının 12-də Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində “Nur verən əllər” mövzusunda mühazirə rayonun orta məktəb şagirdlərinə oxunub. Heydər Əliyev Mərkəzində “Muzeylər gecəsi” aksiyası çərçivəsində 18 may 2013-cü il tarixdə “Açıq qapı” günü elan edilib, dünyanın məşhur muzeyləri, onların eksponatları və Azərbaycanın müxtəlif profilli muzeyləri haqqında məlumat xarakterli sərgi təşkil olunub. “Açıq qapı” günü elan edilməsi ilə bağlı Heydər Əliyev Mərkəzində muzeylərə həsr olunmuş film nümayiş etdirilib, mərkəz axşam saatlarınadək ziyarətçilər üçün açıq olub və ekskursiyalar təşkil edilib. Respublika Günü ilə əlaqədar 27 may tarixində Heydər Əliyev Mərkəzində ziyarətçilərə film nümayiş etdirilib. 13 iyun tarixində Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
- Tarix-Diyarşünaslıq Muzeyində hansı tədbirlər keçirilib?
- İl ərzində Tarix-Diyarşünaslıq Muzeyində bir çox tədbirlər həyata keçirilir. Bu il 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə “Şəhidlər unudulmur” mövzusunda dəyirmi masa, 26 fevral Xocalı faciəsinə həsr edilmiş “Əgər insansansa, əgər yaşayırsansa, tariximizə qanla yazılmış Xocalı faciəsini unutma” başlığı altında Nizami adına 1 saylı, Nəsimi adına 2 saylı, Zərifə Əliyeva adına 3 saylı tam orta məktəblərin yuxarı sinif şagirdləri və tarix müəllimləri ilə birgə diskusiya keçirilib, Qazma, Sarıbulaq, Qabaqçöl qəsəbə orta məktəblərinin şagirdləri qarşısında muzey işçiləri tərəfindən “Yaddaşları göynədən Xocalı” mövzusunda məruzə oxunub. Muzeydə təşkil olunmuş “Xocalıda qalan dünyam” guşəsi ətrafında Nizami adına 1 saylı məktəbin müəllimi A. Məmmədovun açıq dərsi keçirilib. 19 fevral 2013-cü il tarixində Ə.Əylislinin “Daş yuxular” kitabının müzakirəsi keçirilib. Müzakirədə iştirak edənlər bədnam yazıçını və qondarma əsərini “sapı özündən olan balta” kimi qiymətləndirərək Azərbaycan xalqına qarşı atılmış bir qara ləkə olduğunu hesab edib və müəllifi şiddətli şəkildə qınayıblar. 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar dəyirmi masa keçirilib, həmin gün muzeydə “Açıq qapı” günü elan edilib, “Şəxsiyyətimiz-sərvətimiz” adı altında Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Muzeydə Nizami adına şəhər 1 saylı və Katex kənd orta məktəbinin şagirdləri muzey əməkdaşları ilə birgə Katex kənd ağsaqqalı Nurmahama Heravasovun iştirakı ilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və tarixi keçmişimizə yiyələnməsi istiqamətində “Vətənim” mövzusunda dəyirmi masa keçirilib. İyun ayının əvvəllərindən başlayaraq muzeyə yeni eksponatların gətirilməsi və toplanması istiqamətində muzey işçilərinin rayonun müxtəlif kəndlərinə ezam olunmasına başlanılıb. Artıq bu məqsədlə 6 ay ərzində 20-yə yaxın eksponat toplanılaraq onların sayı 4520-ə çatdırılıb.
- Rayonda bu il Kitab bayramı keçirilibmi?
- Ulu öndər Heydər Əliyevi anadan olmasının 90 illik yubileyi münasibətilə Balakən rayonunda Kitab bayramı keçirildi. Bayramda ulu öndərin həmişə kitaba böyük diqqət yetirdiyini vurğulayaraq onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin bütün bölgələrində kitab evlərinin inşa edildiyi bildirilib. Ulu öndərin hakimiyyətdə olduğu illərdə mədəniyyətə, incəsənətə, ədəbiyyata, kitaba tamamilə yeni bir baxış yarandığı, bu baxımdan təşkil edilmiş kitab bayramının çox böyük əhəmiyyəti olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılıq inkişaf etdirilib, kitabxanaların maddi-texniki bazası yaxşılaşdırılıb, kitab fondu latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirilib. Kitab bayramında 1500 nüsxədən çox kitab nümayiş etdirilib. Ümumiyyətlə, rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində cari ilin geridə qalan ayları ərzində xeyli iş görülüb, yeni şöbələr yaradılıb, kitabxananın iş fəaliyyəti yeniləşdirilib. MKS-nin Xidmət şöbəsində, Uşaq şöbəsində, kənd kitabxanalarında yubiley və bayramlarla əlaqədar bir sıra tədbirlər keçirilib, kitablarla oxuculara xidmət edilib, məktəb kitabxanaları ilə əlaqə genişləndirilib. 2013-cü ilin “İKT ili” elan olunması ilə əlaqədar MKS-də tədbirlər planı tutulub və bu plan seminar müşavirədə müzakirə olunub, kartotekalar tərtib edilib. Fevral ayından başlayaraq mərkəzi kitabxanada Heydər Əliyev Mərkəzinə alınmış “İRBİS-64” proqramının bazasında kitabların elektron kataloqa köçürülməsi işi davam etdirilir. Belə ki, İnformasiya-resurs şöbəsi işçiləri tərəfindən 632 nüsxə ədəbiyyat, Kitabxana-biblioqrafiya prosseslərinin avtomatlaşdırılması şöbəsi tərəfindən dövrü mətbuatdan 2040 adda məqalə elektron kataloqun yaddaşına köçürülüb. Mərkəzi kitabxananın 6 ay ərzində oxucu sayı 768 nəfər, kitab verilişi 5354 nüsxə, gəliş 4109 nəfər olub. 2013-cü ilin 6 ayında MKS-nin kitabişləmə və komplektləşdirmə şöbəsinə 722 yeni ədəbiyyat alınıb. Bu ədəbiyyatdan 381 nüsxə Kitabxana Kollektorundan, 140 nüsxə M.F. Axundov adına Milli kitabxanadan, 95 nüsxə isə müxtəlif mənbələrdən daxil olub və 106 nüsxə “Sehrli dünya” jurnalı alınıb. Metodika-biblioqrafiya şöbəsinin işçiləri tərəfindən 24 kitabxanaya köməklik göstərilib və metodiki vəsaitlər hazırlanıb.
MKS-də ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar tədbirlər planı əsasında “Heydər Əliyev-90” başlığı altında sərgilər təşkil edilib, “Azərbaycan tarixinin parlaq səhifəsi”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” başlığı altında dəyirmi masa, “Azərbaycan naminə çalışan böyük şəxsiyyət” adlı məruzə, “Akademik Zərifə xanım Əliyeva və oftalmologiyamız” adlı kitabın təqdimat mərasimi və “Gözlərə nur paylayan alim” adlı dəyirmi masa təşkil olunub. 28 May Respublika Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz”, M. C. Paşayevin anadan olmasının 105 illiyi, N. Rəfibəylinin 100 illiyinə həsr olunmuş “Şair arzusu, ana istəyi”, M.Müşfiqin 105 illiyi ilə əlaqədar “Yenə o bağ olaydı”, Narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar sərgilər təşkil edilib. Bundan başqa MKS və onun filiallarında 20 Yanvar və Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tarixin qan yaddaşı” adlı sərgilər, metodiki vəsaitlər təşkil edilib, diskusiya və dəyirmi masalar keçirilib.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info