Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub
Tarix: 09.10.2018 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Ukraynanın Krivoy Roq şəhərində Azərbaycan dilinin tədrisi üçün “Bazar günü” məktəbinin yeni mövsümdə açılışı olub. 5 yaşdan 16 yaşadək uşaqların iştirak edəcəyi dərslər Krivoy Roq şəhər 1 nömrəli orta məktəbində ödənişsiz olaraq keçiriləcək.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatının sədri Nahid Zeynalov “Palitra”ya bildirib ki, dərslərdə Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənləri tədris olunacaq, həmçinin Azərbaycan mədəniyyəti haqda məlumat veriləcək: “Xalqımızın milli dil, tarix, mədəniyyət və adət-ənənələrini qorumaq, eləcə də gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyələndirilməsi vacib amildir. Bu məktəb də Krivoy Roq şəhərində yaşayan azərbaycanlı uşaqlara doğma dilimizi, tariximizi öyrətmək məqsədilə yaradılıb”.
Qeyd edək ki, dərsləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatının sədr mavini Kəmaləddin Ağayev keçəcək. Kəmaləddin Ağayev deyib ki, Krivoy Roqda ilk dəfə onlar tərəfindən bu addım atılıb: “Krivoy Roqda uzun illər yaşayan azərbaycanlı ailələr var. Onların bir çoxunda uşaqlar Azərbaycan dilini, tarixini bilmirlər. Biz də bu problemin həlli üçün Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatı olaraq ötən ilk dəfə belə dərslərə başladıq. Əsas istəyimiz odur ki, soydaşlarımızın övladları Azərbaycan düşüncəsilə böyüsünlər. Sevindirici haldır ki, soydaşlarımız bu dərslərə övladlarını göndərməkdə maraqlıdırlar. Keçən il biz dərsləri ofisimizdə keçdik. Bu il isə uşaqların sayının artmasına görə dərsləri Krivoy Roq şəhər 1 nömrəli orta məktəbində keçməyə qərar verdik”.
Nəzərə çatdıraq ki, Krivoy Roqda Azərbaycan dilinin tədrisi üçün “Bazar günü” məktəbinin yeni mövsümdə açılışı yerli KİV-lərin də gündəmində olub:
www.youtube.com/watch?v=FcpfC6uIoBg&feature=share

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Bürokratik əngəllər aradan qaldırılmalı, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır
23.04.2019
Müxalifət ölkəmizdə keçirilən beynəlxalq yarışlara niyə qərəzli yanaşır?
23.04.2019
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23.04.2019
Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalana bilər
23.04.2019
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info