“Polşada Azərbaycanlı Gənclər Şurası”nın hesabat konfransı keçirilib
Tarix: 09.10.2018 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Polşanın paytaxtı Varşava şəhərində “Polşada Azərbaycanlı Gənclər Şurası”nın hesabat konfransı keçirilib. Şuranın sədr müavini Nicat Qafarov təşkilatın iki illik hesabatını təqdim edib. Eyni zamanda təşkilatın nəzdində fəaliyyət göstərən "Varşava Azərbaycanlıları Birliyi" , "Vrotslav Azərbaycanlıları Birliyi" regional diaspor təşkilatları haqqında məlumat verilib. Tədbirdə iştirak edən Azərbaycanın Polşadakı Fövqaladə və Səlahiyyətli səfiri Həsən Həsənov təşkilatın daha səmərəli fəaliyyət göstərməsi üçün tövsiyələrini verib və diaspor təşkilatlarına uğurlar arzu edib. Konfrans iştirakçılarının sualları və təklifləri dinlənildikdən sonra şura sədirliyinə seçkilər keçirilib. Nail Əhməd yenidən “Polşada Azərbaycanlı Gənclər Şurası”nın sədri, Fərid Cəfərli və Nicat Qafarov sədr müavinləri seçilib. Nail Əhməd təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə danışıb, Polşaya yeni gələn soydaşlarımız üçün qaynar xətt və hüquqi xidmət bölməsinin yaradılacağını bildirib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Dmitri Peskov İdlibdǝki vǝziyyǝti qiymǝtlǝndirib
19.02.2020
Prezident Şövkət Mirziyoyev Türkiyəyə səfərə gəlir
19.02.2020
Yanukoviç xalqa müraciət etdi: Ölkə parçalanır…
18.02.2020
Surkov prezidentin köməkçisi vəzifəsindən azad edilib
18.02.2020
Paşinyan çox narahatdır: vəziyyət uzun müddət belə davam etməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info