“Thomson Reuters” “Azernews” qəzetinin məqalələrini dünyada yayacaq
Tarix: 10.10.2018 | Saat: 09:25:00 | E-mail | Çapa göndər


“Thomson Reuters” “Azernews” qəzetinin məqalələrini dünyada yayacaq.
Trend-in məlumatına görə, Azərbaycanın aparıcı ingilisdilli qəzeti “Azernews” öz xəbərlərinin dünyada yayılması ilə bağlı “Thomson Reuters” ilə müqavilə imzalayıb.
Bu müqavilə “Azernews”a daha geniş beynəlxalq auditoriya əldə etməyə imkan verəcək.
“Azernews”un baş redaktoru Sevil Mikayılova deyib: “Azərbaycan haqqında obyektiv informasiyanın dünya oxucusuna çatdırılması “Azernews”un əsas məqsədlərindən biridir. “Thomson Reuters” ilə müqavilə ölkənin siyasi, iqtisadi və ictimai həyatı barədə həqiqəti Azərbaycan qəzetinin səhifələrindən dünya ictimaiyyətinə çatdırmağa imkan verəcək”.
Qeyd edək ki, bu, “Azernews”un ilk beynəlxalq nailiyyəti deyil. Bundan əvvəl ABŞ-ın nüfuzlu nəşriyyatı ilə “Azernews”un bu ölkədə çap versiyasının nəşri və yayılması barədə müqavilə imzalanıb. Hazırda “Azernews”un çap versiyası Kanada, Çin, Böyük Britaniya, Çexiya, Rusiya, Fransa və digər ölkələrdə yayılır.
Eyni zamanda “Azernews” “USA Today”, “Huffington Post”, “The Sunday Times”, “Le Monde” kimi KİV-ləri birləşdirən nüfuzlu “Impact Journalism Day” beynəlxalq hərəkatına qəbul edilib. Ümumdünya Qəzet Assosiasiyasının (WAN-IFRA) üzvü olaraq “Azernews” ümumdünya forum və sərgilərində fəal iştirak edir.
“Trend” öz jurnalist həmkarlarını səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları və nailiyyətlər arzulayır.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir
20.02.2019
Dünya Bankı ilə işbirliyi uzunmüddətli və məhsuldardır
20.02.2019
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində “Birgə Bəyannamə” imzalanıb
20.02.2019
Prezident: Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir
20.02.2019
Nazir: “Cənub Qaz Dəhlizi“nə maraq artır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info