Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
Tarix: 10.10.2018 | Saat: 13:04:00 | E-mail | Çapa göndər


Dənizçilər çox sadiqdirlər, bir-birlərinə dəyər verməyi bacarırlar. Bu peşə sahibləri böyüklərə qarşı xüsusi həssaslıq və qayğı ilə yanaşırlar. Belə ki, ənənəyə sadiq qalaraq dənizçilər daha bir qocaman həmkarlarını - kapitan Tahir Budaqovu evində ziyarət ediblər. Bakının Nizami rayonunda yaşayan 70 yaşlı dənizçiyə həmkarları gözlənilməz sürpriz edib. Üç il əvvəl təqaüdə çıxan kapitan Tahir Behbudovu bütün dənizçilər adından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının bir qrup əməkdaşı – XDND rəisinin köməkçisi Nazim Əliyev, Donanmanın Sosial inkişaf qrupunun rəhbəri Şamil Əhmədov, Dəniz üzgüçülüyünün təhlükəsiz xidmətinin rəis müavini Fərahim İdrisov və Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı Əli Qafarlı evində ziyarət ediblər.
Çay süfrəsi arxasında davam edən söhbətdə həyatının böyük hissəsini dənizçiliyin inkişafına həsr etmiş Tahir Behbudovun xidmətləri xatırlanıb, onun məhsuldar fəaliyyətinin gənc nəslə örnək olduğu bildirilib. Bundan başqa, çox sayda dənizçinin taleyində önəmli rol oynamış peşəkar dənizçilər də yada salınıb.
Tahir Behbudov həmkarlarının qədirbilənliyinin ona yüksək əhval gətirdiyini söyləyib və yaşlı dənizçilərin evində ziyarət olunması ənənəsinin xoş olduğunu deyib.
Qocaman dənizçi bildirib ki, təqaüdə çıxamağına baxmayaraq gəmiçilik sahəsində baş verən yenilikləri daim izləyir:
“Son illərdə Gəmiçilikdə nəzərəçarpacaq dərəcədə inkişaf var. Yeni gəmilər istismara verilir, dənizçilərin iş şəraiti yaxşılaşdırılır. Bu, bir dənizçi kimi məni çox sevindirir. Ümid edirəm ki, qazanılan uğurların davamı olacaq”.
Həmkarları ona “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbəri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin salamlarını və xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.
Qocaman dənizçi də öz növbəsində həmkarlarına minnətdarlığını bildirib, 160 illik yubiley münasibəti ilə “AXDG” QSC sədri Rauf Vəliyevi və bütün dənizçiləri təbrik edib.
Xatırladaq ki, Tahir Behbudov 1948-cı ildə Ağdamda anadan olub. Əmək fəaliyyətinə 1970-ci ildə Xəzər Dəniz Neft Donanmasında matros kimi başlayıb. Ümumilikdə ömrünün 45 ilini dənizçiliyə həsr edib. Onun 22 ilini “Süleyman Vəzirov” borudüzən gəmisində kapitan kimi çalışıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir
11.12.2018
Neftçalada indiyədək 36 min 50 hektar sahədə payızlıq taxıl əkilib
10.12.2018
Qaradağ rayonunda qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
10.12.2018
Ağdamın 20 yaşayış məntəqəsində 35 subartezian quyusu qazılacaq
10.12.2018
Masallıda Çin Xalq Respublikasından gətirilmiş 20 min tut tingi əkilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info