Bolqarıstanda öldürülən jurnalistin qatili Almaniyada yaxalanıb
Tarix: 10.10.2018 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


Bolqarıstan şimal-şərqindəki Rusçuk şəhərində oktyabrın 6-da öldürülən jurnalist qadın Viktoriya Marinovanın qətlində şübhəli bilinən şəxs Almaniyada həbs olunub.
Anadolu Agentliyi xəbər verir ki, Bolqarıstanın Baş naziri Boyko Borisov, baş prokuror Sotir Tzatzarov və daxili işlər naziri Mladen Marinovun birgə keçirdikləri mətbuat konfransında cinayətkarın 21yaşlı Severin Krasimirov olduğu açıqlanıb. Verilən məlumata görə, jurnalist Viktoriya Marinova Tuna çayı sahilində hücuma məruz qalıb.
Krasimirovun keçmiş boksçu olduğu və hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir. Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Baş nazirin sözlərinə görə, aparılan testlər qətlin Krasimirov tərəfindən törədildiyini tam təsdiqləyir. Baş prokuror bildirib ki, hazırkı mərhələdə Viktoriya Marinovanın öldürülməsinin onun peşə fəaliyyəti ilə bağlı olduğunu demək mümkün deyil və istintaq bütün versiyaları nəzərdən keçirir. “Hazırda əldə edilən dəlil-sübutlar göstərir ki, qurbana hücum anidən baş verib və məqsəd seksual təcavüz olub”, - deyə baş prokuror qeyd edib. Otuz yaşlı Viktoriya Marinova regional TVN televiziyasının administrativ direktoru və aparıcısı idi.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info