Binəli Yıldırım: Ermənistan özü-özünü təcrid vəziyyətinə salıb
Tarix: 10.10.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Həqiqəti sarsıdan fikirləri qəbul etməyimiz mümkün deyil. Əgər Ermənistan doğrudan da Türkiyə ilə əlaqə qurmaq istəyirsə, saxta “erməni soyqırımı” iddiasından əl çəkməli, tarixi hadisələrin araşdırılmasını tarixçilərin öhdəsinə buraxmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilmiş üçüncü görüşünün plenar iclasında söyləyib. Binəli Yıldırım deyib ki, Ermənistan Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinə görə əslində özü-özünü təcrid vəziyyətinə salıb. Bu ölkə anlamalıdır ki, qonşuları ilə əlaqələri normallaşdırmalı, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolu tutmalıdır. Yalnız belə olarsa, mövcud problemlər aradan qalxa bilər.

Xatırladaq ki, iclasda çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanov işğalçı dövlətin ənənələrinə uyğun olaraq uydurma “erməni soyqırımı” və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirib, bu da Azərbaycan və Türkiyə parlament sədrlərinin kəskin etirazına səbəb olub.
Ermənistan tərəfi Azərbaycan və Türkiyə ilə birgə təmsil olunduğu bütün tədbirlərdə bu cür pozucu mövqe nümayiş etdirir və tutarlı cavabını da alır. Türkiyənin sədrlik və yaxud ev sahibliyi etdiyi elə bir tədbir yoxdur ki, təcavüzkar Ermənistanı təmsil edən şəxslər səmərəli fikir ortaya qoysun, faydalı əməkdaşlığa dair normal bir təklif irəli sürsünlər. Bütün bunlar işğalçı tərəfin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konstruktiv mövqeyinin göstəricisidir.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib
12.12.2018
“Heydər Əliyev və Özbəkistan”
12.12.2018
“Ermənistandakı seçkilər Moskvanın maraqlarına böyük zərbə vurdu”
12.12.2018
İnsan haqları müdafiəçisi: “Ermənistan polisi mediaya təzyiq edir“
12.12.2018
Polşanın “sarı jiletlər“i yolu bağladı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info