Dünya maliyyə bazarı həyəcan içində: İran SWIFT bank sistemindən uzaqlaşdırılır
Tarix: 10.10.2018 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı seçim qarşısındadır: ya beynəlxalq sistemin müstəqil subyekti kimi çıxış etməlidir, ya da ABŞ-ın tələblərinə tabe olmalıdır

Son bir həftə ərzində İndoneziya dağıdıcı zəlzələ və sunaminin gətirdiyi fəlakətlə dünya mediasının gündəmində idi. Amma indi İndoneziyanı dünyanın gündəminə gətirən səbəb Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantısının bu ölkədə keçirilməsidir. Məşhur Bali adasında başlayan toplantıda dünya iqtisadiyyatı üçün qlobal risklər müzakirə edilir. Əsas diqqət mərkəzində olan məsələ ABŞ-ın xarici siyasət kursunun dünya iqtisadiyyatına təsiridir. Şübhəsiz ki, bu məsələnin mərkəzində İrana tətbiq edilən və noyabr ayından tətbiq edilməsi nəzərdə tutulan neft sanksiyalardır. Oktyabrın 14-nə qədər davam edəcək toplantıda bütün diqqətlər ABŞ nümayəndə heyətinə yönəlib. Dünya ölkələrinin maliyyə siyasətinə cavabdeh olan şəxslər, əsasən də, Avropa İttifaqı nümayəndələri bu platformanı ABŞ-ı dilə tutmaq üçün şans hesab edirlər. Onlar da yaxşı bilirlər ki, çoxtərəfli ticarət, ticarət rejimləri ilə bağlı məsələ vacib olsa da, bu qədər yolu ancaq bunları müzakirə üçün gəlməyiblər. Burada söhbət haqqında çox danışılan “tarif müharibəsi”ndən getmir. “Financial Times” yazır ki, avropalı nazirlər Bali adasında ABŞ-ın maliyyə naziri Stiven Mnuçinlə görüşdə Tramp administrasiyasının bundan sonrakı addımlarını müzakirə edəcəklər. İrana qarşı siyasətin hansı istiqamətdə davam edəcəyi və Tehrandan neft alınmasının dayandırılmasının mümkün nəticələri geniş müzakirə ediləcək. Fransa, Britaniya və Almaniya rəhbərliyi Ağ Evi İrana sanksiya tətbiq etməkdən, daha sonra neftlə bağlı embarqo qərarından vaz keçirə bilmədilər. İndi onlar çalışırlar ki, İrana qarşı planlaşdırılan sərt tədbirləri bir qədər yumşalda bilsinlər. Daha dəqiqi birinci sırada dayanan məsələ SWIFT bank sistemidir. Məsələ ondadır ki, rəsmi Ağ Ev, hələlik İran bankları ilə bağlı hansı mövqe tutacağını açıqlamayıb. Bu məsələdə bir qədər qeyri-müəyyənlik var. Bəzi ekspertlər hesab edirlər ki, Trampın iqtisadi komandası İran Mərkəzi Bankına məhdudiyyət tətbiq etmək və onu beynəlxalq ödəmə və informasiya ötürülməsi sistemi olan SWIFT bank sistemindən uzaqlaşdırmağa hazırlaşır. “Bizim sualımız belədir: əgər binada, sadəcə, işığı söndürmək istəyirsinizsə, o halda bütün elektrik məftillərini kəsməyə nə ehtiyac var?”, - deyə “Financial Times” Balidə keçirilən toplantıda iştirak edən avropalı diplomatlardan birinə istinadən yazır. Diplomat bildirib ki, hansısa banka qarşı sanksiya tətbiq etmək istəyirsinizsə, o halda İranı SWIFT bank sistemindən çıxarmağa ehtiyac yoxdur. Bu məsələ ötən həftə Avropa və ABŞ diplomatları arasında müzakirə edilib. Həmin müzakirədə iştirak edən avropalı diplomatlardan biri görüşdən sonra bunları eyib: “Vaşinqton öz planına yenə də aydınlıq gətirmədi. Onlar bizim arqumentlərimizi dinləmirlər”. Maraqlıdır ki, “Washington Free Beacon” yazır ki, İranın dünya maliyyə bazarından çıxarılması məsələsi ABŞ hakimiyyətini də iki yerə bölüb. Nəşr yazır ki, ABŞ prezidenti və Milli Təhlükəsizlik Şurasını üzvləri qəti şəkildə İranın SWIFT bank sistemindən uzaqlaşdırılmasını istəyirlər. Onlar ABŞ-ın Avropadan olan müttəfiqlərinin də İranda biznes əlaqələrinə qarşıdırlar. Amma ABŞ Maliyyə Nazirliyi İranın beynəlxalq bank sistemində qalmasında israr edir. Avropalıları Bali adasına getməyə həvəsləndirən də ABŞ maliyyə nazirinin orada olmasıdır. Avropalı diplomatlar bu məsələdə amerikalı konqresmenlərdən kömək gözləməməlidirlər. Respublikaçı senatorlar Ted Kruz və Tom Kotton “Washington Free Beacon”a açıqlamalarında Avropaya mesaj göndərərək deyiblər ki, onlar İranın beynəlxalq bazardan uzaqlaşdırılması ilə bağlı məsələdən geri çəkilməyə imkan verməyəcəklər: “Onlar kiminlə ticarət edəcəklərini özləri seçsinlər – ABŞ-lamı, yoxsa İranlamı?”. Xatırladaq ki, İran Avropaya neft ticarəti ilə bağlı ödəmələr üçün alternativ mexanizm təklif edib. İndi Avropa İttifaqı seçim qarşısındadır: ya beynəlxalq sistemin müstəqil subyekti kimi çıxış etməlidir, ya da ABŞ-ın tələblərinə tabe olmalıdır.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib
12.12.2018
“Heydər Əliyev və Özbəkistan”
12.12.2018
“Ermənistandakı seçkilər Moskvanın maraqlarına böyük zərbə vurdu”
12.12.2018
İnsan haqları müdafiəçisi: “Ermənistan polisi mediaya təzyiq edir“
12.12.2018
Polşanın “sarı jiletlər“i yolu bağladı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info