Altı ayda 5 min nəfərdən artıq erməni ölkəsini tərk edib
Tarix: 10.10.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Ermənistanda hakimiyyət dəyişikliyi miqrasiyaya son qoya bilmədi

«Bu ilin ilk yarısında mənfi miqrasiya balansı 6146 nəfər təşkil edib». Bu barədə mətbuata açıqlamanı Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Armen Kazaryan bildirib. Onun sözlərinə görə, bu rəqəm sərhəd keçidlərində ümumi sayın göstəricisidir, yəni bir nəfərin sərhədi bir neçə dəfə keçidi də bu göstəriciyə daxildir: « Ancaq bizdə dəqiq məlumatlar var və bu məlumatlara görə, mənfi balans 5204 təşkil edib». Maraqlıdır ki, ötən ilin müvafiq dövründə ölkədən birdəfəlik gedənlərin ümumi sayının 30 mindən çox olduğunu xatırladan xidmət rəhbəri 5204 nəfəri Ermənistan üçün müsbət bir tendensiya kimi dəyərləndirib.
Təbii ki bu, başadüşüləndir. Çünki «məxməri inqilab»dan sonra ölkədə nəyinsə yaxşılığa doğru dəyişəcəyinə ümid edən xalq hələ də, gözləmə mövqeyindədir. Ermənistanın yeni hökuməti isə qeyri-müəyyən siyasətin məngənəsindədir: yəni onun xalqa «ölkəni avropalaşdıracağı» barədə verdiyi vəd istiqamətində hələ ki, heç bir addım atılmayıb. Maraqlıdır ki, çoxları bunu yeni hökumətin Rusiyadan qopmaq cəsaprətində olmaması ilə əlaqələndirirlər. Əslində bu, həqiqətə daha yaxındır.

Ermənilər seçim qarşısında: “Ya Amerika, ya Rusiya”
Qeyd edək ki, bu yaxınlarda ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Ermənistana səfəri gözlənilir. Özünün sərt xarici siyasəti ilə tanınan Bolton Rusiya ilə yanaşı, İrana qarşı da sərt mövqe sərgilənməsinin tərəfdarlarındandır. Belə görünür ki, onun İrəvan səfəri də əsassız deyil və Ermənistanın yeni rəhbərliyi ilə kifayət qədər sərt söhbətlər da aparacağı istisna edilmir.

“Qərb də öz növbəsində ötən aylar ərzində səbirlə gözləmə mövqeyi nümayiş etdirdi. Ancaq indi aydın olur ki, Paşinyan birmənalı şəkildə Qərbin lehinə seçim etmək cəsarətində deyil”

«ArmenianReport» saytının yazdığına görə, bu gün Ermənistanda baş verən «məxməri inqilab» sayəsində hakimiyyətə gələn hökumətin ölkənin xarici siyasətində yeniliklər etməyə köklənməsi şübhə doğurmamalıdır. Sayt bunu bir çox faktorlarla sübut etməyə çalışır. «İnqilab lideri»nin şəxsiyyətini önə çəkən sayt, ilk olaraq, onun uzun illər ərzində sabiq ölkə rəhbərliyini NATO və ABŞ-la sıx əməkdaşlıq qurmağa çağırışlar etdiyinə diqqət ayırır: «Təbii ki, yeni baş nazir hakimiyyətə gəldikdən sonra onun Ermənistanı Avropaya «aparacağı» da şübhə doğurmurdu. Bunu onun hakimiyətinin ilk günlərindən avropayönümlü kadrları hakimiyyətə gətirmək cəhdi də sübut edirdi. Qeyd edək ki, yeni hökumətin kadrlarının əksəriyyəti Qərbdə təhsil almış və işləmiş, bəziləri hətta Soros Fondu ilə sıx əməkdaşlıq etmişdilər. Təsadüfi deyil ki, yeni erməni hökumətinin Ermənistanı Kremlin təsir zonasından çıxarmaq istəyi, təbii ki, Moskva tərəfindən qəbul edilə bilməzdi. Bu ərəfədə, Qərb də öz növbəsində ötən aylar ərzində səbirlə gözləmə mövqeyi nümayiş etdirdi. Ancaq indi aydın olur ki, Paşinyan birmənalı şəkildə Qərbin lehinə seçim etmək cəsarətində deyil».
Əlbəttə, yeni hökumət islahat (?), Koçaryan-Sarkisyan klanına qarşı mübarizə aparmaq fonunda Brüssel və Vaşinqtonu razı salmağa çalışsa da, xarici siyasət baxımından hələ də Rusiyanın təsir zonasındadır. Özünüz düşünün, hakimiyyətə gəldiyi müddətdə üç dəfə Rusiyaya –Putinin ayağına gedən Paşinyan hələ də Kremldən gözlədiyini (?) əldə etməyib. Bundan başqa, vaxtilə Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT –dən çıxmaq üçün Sərkisyana çağırışlar edən yeni hakimiyyət bu gün də bu təşkilatların tədbirlərinə qatılmaqda davam edir. Ancaq bunlar hələ hamısı deyil. Ermənistanın yeni hökuməti Moskvaya heç bir narazılıq nümayiş etdirmədən belə, Kremlin Suriyadakı «humanitar missiya»sına qoşuldu. Məgər Paşinyan bu «humanist» addımının Qərbdə necə sərt reaksiyaya səbəb oduğunu başa düşmürdümü?
Bu gün İrəvan İranla da sıx əməkdaşlıq etməkdə davam edir. Amma Ermənistanın yeni hökuməti bunun da Vaşinqton tərəfindən narazılıqla qarşılandığını başa düşsə də, büruzə vermək istəmir. Bəlkə də elə bu səbəbdəndir ki, yeni hökumətin Amerika və orada yaşayan erməni diasporundan ümidlə gözlədiyi mailiyyə yardımı özünü doğrultmadı.
Elə bu mənada Boltonun həm Rusiya, həm də İrana qarşı sərgilədiyi sərt siyasətini nəzərə alsaq, belə görünür ki, onun Ermənistanın yeni hökuməti ilə danışıqları o qədər də səmimi olmayacaq. Amerikalı siyasətsçinin Paşinyan hökuməti qarşısında ya Rusiya, ya da ABŞ tələb qoyacağı da istisna deyil. Bundan əlavə, amerikalılar ermənilərin NATO və Aİ ailəsinə qəbul olmaq arzusunda oduğunu yaxşı anlayırlar. Ona görə də, Ermənistanın siyasi gələcəyi ilə yanaşı, elə ölkənin də gələcəyi erməni baş nazirin verəcəyi cavabdan asılı olacaq».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Türkiyə HHQ İraqın şimalında PKK-nın mövqelərinə zərbələr endirib
19.05.2019
Bu gün Gürcüstanda aralıq seçkiləri keçirilir
18.05.2019
Türkiyəyə aid “Burgazada” korveti Yunan gəmisinin hücumuna məruz qalıb
18.05.2019
İrəvanla Xankəndi arasında ziddiyyət artır: “Onlar Köçəryanı niyə müdafiə edirlər”
18.05.2019
Türkiyədə PKK terrorçuları polislərə hücum ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info