İmişlidə “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib
Tarix: 10.10.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Oktyabrın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Hüseyn İbrahimov, ilahiyyatçı ekspert Rövşən Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov İmişli rayonunda dini-mənəvi dəyərlərin təbliği və bu sahədə görülən işlər barədə məlumat
verib. Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı
direktorunun müavini Ceyhun Əliyev Fondun yaranması və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. C.Əliyev Prezident İlham Əliyevin Fərmanı ilə Fondun yaradılmasından bir il ötdüyünü qeyd edərək ötən müddət ərzində həyata keçirilmiş işlər haqqında da dinləyiciləri məlumatlandırıb. Seminar-treninqin mövzusu ilə bağlı fikirlərini bölüşən
icraçı direktor müavini şəhidliyin xalqımızın milli-mənəvi dəyərlər sistemindəki yeri haqqında da danışıb. Tədbirdə çıxış edən ilahiyyatçı ekspert Rövşən Nəzərov şəhidliyin İslam dinindəki mahiyyəti haqqında məruzə edib. Ekspert dini maarifləndirmə və
radikalizmlə mübarizənin əhəmiyyətindən də bəhs edib. Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov İslam dinində şəhidlik, eləcə də Məhərrəmlik ayı bağlı öz fikirlərini bölüşüb. Tədbirin yekununda iştirakçılarla fikir mübadiləsi aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır
17.10.2020
Azərbaycanın 50 siyasi partiyası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
16.10.2020
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info