“Bakcell” şirkətinin baş icraçı direktoru Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçilib
Tarix: 10.10.2018 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCİAF) İdarə Heyətinə üzv seçilib. Belə ki, CCİAF-nin oktyabrın 5-də keçirilən ümumi yığıncağında Nikolai Beckers Palatanın İdarə Heyətinin 9 üzvündən biri seçilib. Biznes sahəsinin ən mühüm təşkilatları və tədbirlərində fəal şəkildə iştirak edən “Bakcell” şirkəti ölkənin biznes mühiti və iqtisadiyyatının inkişafına böyük töhfə verməkdə davam edir. Belə təşkilatların biri də “Bakcell”in 2017-ci ildən bəri üzv olduğu Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasıdır. Şirkət CCİAF-nin bir neçə uğurlu layihəsinə, o cümlədən da Azərbaycanda ilk dəfə olaraq keçirilmiş “ActInSpace 2018 Azerbaijan” beynəlxalq innovasiya müsabiqəsinə dəstək göstərib.
“Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçildiyim üçün qürur duyuram. Göstərdikləri etimada görə İdarə Heyətinin digər üzvlərinə öz təşəkkürümü bildirirəm. İnanıram ki, biznesin inkişaf etdirilməsi və iş əlaqələrinin yaradılması sahəsində beynəlxalq təcrübəm palatanın fəaliyyətinə töhfə verəcək”,- deyə Nikolai Beckers bildirib.
Qeyd edək ki, Nikolai Beckers “Bakcell” şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan qabaq o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir
20.02.2019
Dünya Bankı ilə işbirliyi uzunmüddətli və məhsuldardır
20.02.2019
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində “Birgə Bəyannamə” imzalanıb
20.02.2019
Prezident: Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir
20.02.2019
Nazir: “Cənub Qaz Dəhlizi“nə maraq artır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info