125 əlill və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya vasitələri ilə təmin olunub
Tarix: 11.10.2018 | Saat: 12:13:00 | E-mail | Çapa göndər


Fiziki məhdudiyyətli insanlara reabilitasiya vasitələri elə yaşadıqları rayonlara, bir hissəsinə evlərinə aparılaraq təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Quba, Qusar, Siyəzən, Xaçmaz, Şabran rayonlarında yaşayan 125 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya vasitələri elə yaşadıqları rayonlara, bir hissəsinə isə evlərinə aparılaraq təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısı həmin insanların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin ildən-ilə gücləndirilməsinə şərait yaradıb. Bu tədbirlər sırasında reabilitasiya vasitələri ilə təminat da mühüm yer tutur. Eyni zamanda, reabilitasiya sisteminin əlilliyi olan insanlara daha əlçatan olmasının təmin edilməsi üçün müvafiq işlər görülür. Reabilitasiya vasitələrini əldə etmək üçün özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanı olmayan insanlara elə yaşadıqları rayonlarda, rayon mərkəzinə gələ bilməyənlərə isə evlərində həmin vasitələrin təqdim olunması da bu işlərdən biridir.
Tədbir çərçivəsində 125 nəfərdən 3 nəfərinə əlil arabası, 122 nəfərinə isə əvvəlcədən götürülən ölçülərinə uyğun hazırlanmış protez-ortopedik məmulatlar, habelə qoltuqaltı və dirsəkaltı ağaclar, əsalar, dizliklər və s. verilib.
Reabilitasiya vasitələri ilə təmin olunan insanlar, onların ailə üzvləri sosial cəhətdən həssas qruplara göstərilən diqqət və qayğıya, müvafiq hallarda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların elə yaşadıqları rayonlarda və evlərində reabilitasiya vasitələri ilə təmin edilmələrinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu ilin 9 ayında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən ümumilikdə 5870 nəfər əlilliyi olan şəxs (o cümlədən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 763 nəfər vətəndaş) və sağlamlıq imkanları məhdud uşağa protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara ümumilikdə 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
İşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info