Prezident Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub
Tarix: 11.10.2018 | Saat: 12:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı elmi-tədqiqat institutunun binasında yaradılan şəraitlə maraqlanıblar. Kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. İnstitutda 59 nəfər işçi çalışır, onların arasında elmlər və fəlsəfə doktorları var. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamına əsasən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan yeni sahələrdə 35 iş yeri açılıb. Burada 73 hektar ərazidə Lənkəran çayçılıq filialı, 19 hektarda Abşeron təcrübə stansiyası, 50 hektarda Qəbələ, 97 hektarda isə Göyçay dayaq məntəqələri yerləşir. Bundan əlavə, Zaqatala dayaq məntəqəsi, Zərdabi elmi təcrübə stansiyası və Quba yardımçı təcrübə təsərrüfatı da institutun balansına daxildir.
Qeyd olundu ki, təcrübə bazaları əsasən ötən əsrin 50-ci illərində yaranıb. Onların istifadəsində olan ümumi torpaq sahəsi 662 hektardır, onun 557 hektarı isə əkinə yararlı ərazidir. Əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 50 hektar ərazisində 2017-2018-ci illərdə müasir və məhsuldar meyvə bağları salınıb. Almaniyanın Meyvə və Bitkilərin Seleksiyası Elmi-Tədqiqat İnstitutu, Belarusun Meyvəçilik Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı Akademiyası, İngiltərənin “Meosis” Elmi-Tədqiqat Şirkəti, İspaniyanın “Viveros-veron” Tingçilik və Tədqiqat Şirkəti ilə əlaqələr quran Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Çinin “Anxoy” Aqrar Universiteti və Fransanın meyvəçiliklə məşğul olan “Luare” Kənd Təsərrüfatı Palatası ilə də geniş əməkdaşlıq həyata keçirir.
Prezident İlham Əliyevə əsas hədəfi ixrac potensialının gücləndirilməsi, bağçılığın dayanıqlı inkişafı, keyfiyyətli məhsul istehsalı və innovativ fermerlərin formalaşmasına dəstək olan “Ağıllı bağ layihəsi” barədə məlumat verildi. Həmçinin ixtisaslı mexanizatorların vahid reyestri, fermerlər və mexanizatorları əlaqələndirəcək vahid kommunikasiya sisteminin yaradılması, mexanizatorların peşəkarlıq səviyyəsi və digər göstəricilərinin ölçülməsi və onların ölkə üzrə lokasiyasının öyrənilməsi məqsədini daşıyan “AqroUber” layihəsindən də danışıldı.
Dövlətimizin başçısına yeni yaradılan Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti barədə məlumat verilərkən bildirildi ki, indiyə qədər 300-dən çox fermerin müraciətinə baxılıb. Onlardan alınan 300 min kiloqramdan çox məhsul satışı çıxarılıb. Bu yaxınlarda Cocuq Mərcanlıda 15 fermerin məhsulunun satışı məqsədilə memorandum imzalanıb.
Azərbaycan Prezidentinə “Kənddən Şəhərə” layihəsi haqqında da məlumat verildi. Qeyd olundu ki, layihə çərçivəsində müasir tipli yarmarkaların təşkili, pərakəndə satış mərkəzlərinin qurulması, online sifariş üçün mobil tətbiqin yaradılması nəzərdə tutulur. Layihənin icrası fermerlərin satış bazarlarına birbaşa çıxış probleminin həllində kömək olacaq və şəhər əhalisi kənd məhsullarını innovativ yollarla, əlverişli qiymətlərlə əldə etmək imkanı qazanacaq. Layihənin tərkib hissəsi olaraq Aqrar Birja yaradılacaq və bu yolla kənd təsərrüfatı məhsullarının həm satıcıları, həm də alıcıları vahid platformada birləşəcək, kənd təsərrüfatı məhsullarının qiymət-məlumat bazası yaradılacaq.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib
17.10.2018
Alkoqollu içkilər istehsal edən müəssisələrdə istehsal və satış proseslərinin dəqiq uçotu aparılacaq
17.10.2018
9 ayda dövlət məşğulluq orqanları tərəfindən 44,8 min nəfər işlə təmin edilib
17.10.2018
Hacıqabulda salınan sənaye məhəlləsinin bir hissəsində tikinti işləri başa çatıb
17.10.2018
Azərbaycan bərpaolunan enerji sahəsində “Masdar” şirkəti ilə əməkdaşlıq edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Vətən uzaqda deyil
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info