“Bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İslam dinindən istifadə edirlər”
Tarix: 11.10.2018 | Saat: 12:58:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov BOS Şelf şirkətinin kollektivi ilə görüş keçirib.
Əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
S.Heydərov məruzə ilə çıxış edərək bildirib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir.
S.Heydərovun sözlərinə görə, respublikamızda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Regionun lider ölkəsi olan Azərbaycanın güclü rəhbərinin olduğunu vurğulayan S.Heydərov qeyd edib ki, dövlətimizin başçısı tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib.
O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib.
S.Heydərov Azərbaycan dövlətinin hər zaman İslam və digər dini konfessiyalara diqqət və qayğısını qeyd edərək, respublikamızda 2016-ci ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə Prezident İlham Əliyevin dünyada dini məzhəbçilik zəminində baş verən münaqişələrin həlli üzrə yol xəritəsini göstərməsini diqqətə çatdırıb.
Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə məlumat verən Komitə sədrinin müavini qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsindən ibarətdir.
İslam dininin sülh dini olduğunu bildirən Dövlət Komitəsi sədrinin müavini təəsüflə qeyd edib ki, bəzi qüvvələr öz maraqlarını həyata keçimək üçün İslam dinindən, din amilindən istifadə edirlər.
O bildirib ki, son dövrlərdə dünyada, o cümlədən Yaxın Şərqdə gedən proseslərdə, baş verən qarşıdurmalar və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir.
Dövlət Komitəsinin sədr müavini təəssüflə bildirib ki, bəzi dairələr tərəfindən ölkəmizə qarşı dini zəmində yönəlmiş təhdidləri nəzərə alsaq, biz də bu neqativ proseslərdən sığortalanmamışıq. Buna görə də sədr müavini respublikamızda ictimai-siyasi sabitliyin qorunması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə sahəsində hər kəsi fəal olmağa çağırıb. DQİDK-nın sədr müavini onu da deyib ki, bütün bu cəhdlərin qarışısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.
S.Heydərov, həmçinin şirkət əməkdaşlarını DQİDK-nın sifarişi əsasında çəkilən, Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filmi barədə də məlumatlandırıb.
O bildirib ki, filmə baxarkən Vətən uğrunda şəhid olmuş fədakar, qəhrəman hərbi qulluqçularımız bizi qürurlandırır: “Yad dini ideologiyaların təsirinə məruz qalmış, ailələrinə faciələr yaşatmış gəncləri gördükdə isə təəssüf hissi keçiririk. Filmdə hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqları gənclərimiz üçün bir nümunədir".
S.Heydərov vurğulayıb ki, filmdə bəhs edilən aprel döyüşləri ölkəmizdə həmrəyliyi, birliyi və vətənpərvərliyi daha da gücləndirib.
Sonda çıxış edən şirkətin rəhbəri İftixar Axundov bu cür tədbirlərin keçirilməsinin, xüsusilə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Şəhadət” sənədli filminin maarifləndirmə sahəsində əhəmiyyətini vurğulayıb. Natiq, eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info