Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib
Tarix: 11.10.2018 | Saat: 12:59:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edib.
Növbəti diskussiya “Azərbaycanın İslam həmrəyliyindəki rolu” mövzusuna həsr olunub. Diskussiyada Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Aİİ-nin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, AMEA Fəlsəfə İnstitutunun Davamlı İnkişafın Fəlsəfəsi şöbəsinin müdiri professor Sakit Hüseynov, Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir, “Report” İnformasiya Agentliyinin müxbiri Şamo Quliyev iştirak ediblər. Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev idarə edib.
Müzakirədə Azərbaycanın İslam həmrəyliyindəki rolu, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rolu və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Vurğulanıb ki, Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimizin qısa zamanda müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) kimi qurumların fəal üzvünə çevrilib.
Müzakirədə ölkəmizin müsəlman dünyası ilə əlaqələrinin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurduğu və bu çərçivədə həyata keçirilən bir çox layihələrin qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəldiyi bildirilib.
Diskussiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, 2016-ci ili “İslam həmrəyliyi ili” elan etməsi ilə Azərbaycanın İslam dünyasının vəhdətyaradıcı məkan olduğunu təsdiqlədiyini qeyd ediblər. Bu dini dəyərlərin, həqiqətən, bəşəri-humanist, mənəvi-əxlaqi dəyərlər olduğunu, bu ideyaların təkcə İslam coğrafiyasında deyil, bütövlükdə dünyada birgəyaşayış və sabitlik mühitini yaradan təsirli vasitə olduğu bildirilib.
Tədqiqatçılar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl işlər apardığını, Azərbaycanın Fransanın məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak etdiyini, həmçinin Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olduğunu xüsusi vurğulayıblar.
Diskussiyada, həmçinin 12-22 may 2017-ci il tarixlərində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları haqqında söhbət açılmış, bu oyunların təkcə idman yarışı kimi deyil, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri kimi yaddaşlara yazıldığını qeyd ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti İsgəndəriyyə Kitabxanasında olub
20.02.2019
UNEC tələbələrinin məqaləsi SCOPUS-da
20.02.2019
Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər
20.02.2019
Azərbaycanlı tələbələr Moskvada layihələr təqdim edəcəklər
20.02.2019
Aİİ rektoru tələbələrlə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info