ADU-da “Azərbaycan mədəni irsinin mühafizəsi” mövzusunda “dəyirmi masa”
Tarix: 11.10.2018 | Saat: 13:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində regionşünaslıq kafedrası və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Azərbaycan mədəni irsinin mühafizəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Universitetdən bildirilib ki, tədbirdə beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli mövzunun aktuallığından danışıb, belə tədbirlərin tələbələrin maariflənməsi baxımından əhəmiyyətli olduğunu bildirib. O vurğulayıb ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan ərazi bütövlüyünü itirib və mədəni abidələrimizin bir qismi məhv olub. Amma dövlətimizin həyata keçirdiyi məqsədyönlü işlər sayəsində bu gün mədəni irsimizin mühafizə edilməsi və UNESCO-nun Dünya İrsi Siyahısına salınması istiqamətində nəzərəçarpan addımlar atılıb.
Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva və kafedranın baş müəllimi Rəna Rəcəbli mövzu ilə bağlı təqdimatla çıxış ediblər. Bildirilib ki, Azərbaycan zəngin mədəni irsə malikdir və ölkənin bir sıra mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına salınıb, Azərbaycan muğamı, xalçaçılıq sənəti, aşıq sənəti və Novruz bayramı isə bu təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Tədbir müzakirələrlə yekunlaşıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Acer” Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı
15.02.2019
“Pedaqoji təcrübə tələbələrin həyatında mühüm mərhələdir”
15.02.2019
Paytaxt məktəblisi respublika müsabiqəsinin qızıl medalçısı olub
15.02.2019
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili”nin növbəti dərsləri başlayıb
15.02.2019
Tarix İnstitutu Polşada Xocalı soyqırımı ilə bağlı konfrans keçirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info