Azərbaycanlı deputat AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb
Tarix: 11.10.2018 | Saat: 13:40:00 | E-mail | Çapa göndər


Milli Məclisin deputatı, AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva Assambleyada məruzəçi Frank Şvabenin hazırladığı “Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən “boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirəsi zamanı Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan nümayəndə heyətinin üzvlərinə sərt cavab verib. O deyib ki, Azərbaycan torpaqlarının 20 faizi 25 ildir Ermənistanın işğalı altındadır və rəsmi Yerevan AŞPA, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq, işğal etdiyi torpaqlardan bu günə qədər geri çəkilməyib. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, yəni, məruzəçinin "boz zona" adlandırdığı bölgələrdə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları o ərazilərdən zorla qovub. İyirmi beş ildir ki, 1 milyon azərbaycanlı məcburi köçkün həyatı yaşayaraq öz evlərinə qayıda bilmir. Yəni, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyət Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Krımdakı vəziyyətdən çox fərqlidir. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bir nəfər də olsun azərbaycanlı yaşamır. Orada sadəcə separatçılar, terrorçular, Ermənistan əsgərləri var. Yəni, məruzəçinin “boz zona” adlandırdığı həmin bölgələrdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozanlar yaşayırlar. Beynəlxalq insan haqları müdafiəçiləri, BMT, AŞPA təmsilçiləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan köçkünlərlə görüşməlidir, “boz zona”da onları köçkün salan işğalçılarla, separatçılarla, terrorçularla, əsgərlərlə deyil. Digər tərəfdən, Azərbaycan dövlətinin işğal altında olan ərazilərinə Azərbaycanın icazəsi olmadan səfərlər etmək həm beynəlxalq sənədlərə, həm də Azərbaycan qanunvericiliyinə ziddir. “Siz Azərbaycan Xarici İşlər Nazirliyinin saytında Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altındakı ərazilərinə, yəni “boz zonalar”a səfər edənlərin adlarına və saylarına bax bilərsiniz. Onların çoxu Avropa Şurasının üzvü olan ölkələrin təmsilçiləridir. Onların işğal altında olan ərazilərdə verdiyi açıqlamalara baxsanız görərsiniz ki, bunlar işğalçıya dəstək xarakteri daşıyır və ya işğalı legitimləşdirmək mahiyyətindədir. Belə insanların arasında Assambleyamızın bəzi üzvləri də olub. Amma Assambleyamız bu günə qədər onların kobud qanun və beynəlxalq hüquq normaları pozuntusu olan addımlarına qarşı hansı tədbirlər görüb? Heç bir tədbir görməyib. Bütün bunlardan sonra təbii ki, belə bir sənədin qəbulunun gələcəkdə yarada biləcəyi ciddi problemlərdən narahatıq. İşğal edilmiş əraziləri, “boz zonalar”ı nəzarətdə saxlayan işğalçı, separatçı, terrorçular bu günə qədər beynəlxalq təşkilatların, beynəlxalq insan haqları qurumlarının heç bir çağırışına məhəl qoymayıbsa bu sənədin qəbulundan sonra bu addımı atacaqlarına ümid etmək sadəlövhlük olardı. Məsələn, bir neçə il əvvəl ATƏT böyük bir faktaraşdırıcı missiya yaratdı. Həmin missiya Azərbaycanın işğal altındakı ərazilərində, “boz zonalar”da oldu və məruzə hazırladı. Həmin məruzədə bölgəni işğal altında saxlayan separatçı erməni rejiminə, işğalçı Ermənistana çağırışlar var idi. Amma Ermənistan o çağırışların heç birinə əməl etmədi. Bundan sonra onların insan haqları üzrə nümayəndələrin çağırışlarına əməl edəcəyinə inanmaq sadəcə mümkünsüzdür. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz evini ziyarət üçün getmiş iki azərbaycanlını - Dilqəm Əsgərovu və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. Hətta AŞPA baş katibinin çağırışlarına məhəl qoymayaraq bu günə qədər onları azad etməkdən imtina edir. AŞPA baş katibinin çağırışlarına məhəl qoymayanların insan haqları üzrə təmsilçilərin çağırışlarına əməl edəcəyini düşünmək sadəlövhlük olardı. Ona görə də işğalçılara qarşı mübarizəmizi sərtləşdirməliyik. Ermənistanın baş naziri Paşinyan öz oğlunu hərbi xidmətə Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına göndərirsə, buna qarşı ciddi addımlar atmaq lazımdır. Ona görə də mən hər kəsi bu məsələyə daha ciddi yanaşmağa və işğalçılara qarşı sərt addımlar atmağa çağırıram. Çünki problemlərin əsas çıxış yolu məhz budur”, -deyə Q.Paşayeva qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Elmar Məmmədyarov BMT-nin yeni rezident nümayəndəsi ilə görüşüb
22.05.2019
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir
22.05.2019
Əli Kərimlinin radikal arzuları ürəyində qalacaq
22.05.2019
Diaspor rəhbəri Misirin dövlət televiziya kanalının qonağı olub - VİDEO
22.05.2019
İcma rəhbəri: Qarabağdakı xristian-katolik və pravoslav kilsələri erməniləşdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info