İtaliya Prezident Sarayında Azərbaycan musiqisi səslənəcək
Tarix: 11.10.2018 | Saat: 13:42:00 | E-mail | Çapa göndər


İtaliya Prezidentinin Kuirinale Sarayında hər həftənin bazar gün “Rai Radio 3” ictimai radiosu ilə canlı yayımlanan məşhur “Kuirinale konsertləri”nin 14 oktyabr buraxılışı Azərbaycan musiqisinə həsr olunacaq. Konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və muğamın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə təşkil ediləcək. Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və ölkəmizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq konsertdə Azərbaycan və italyan musiqiçiləridən ibarət Belcan-Tar ansamblının ifasında klassik musiqi nümunələrimiz və Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam ansamblının ifasında Azərbaycan muğamları və xalq mahnıları səsləndiriləcək. Eyni zamanda, bu konsert proqramı oktyabrın 12-də İtaliyanın Abruzzo Regional Şurasının binası olan Emiçilo Sarayında təqdim olunacaq.
Qeyd edək ki, hər iki konsert barədə İtaliya Respublikası Prezidentinin və Abruzzo Regional Şurasının internet səhifələrində məlumatlar yerləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı olub
23.05.2019
Ukraynanın ən populyar yumoristik teleşousu Azərbaycanda açılacaq
23.05.2019
İsraildə Nəsiminin 650 illiyinə həsr olunmuş Beynəlxalq şeir müsabiqəsinə yekun vurulub
23.05.2019
Özbəkistanın əlyazmalar fondunda Nəsiminin əsərlərindən ibarət əlyazmalar müəyyən edilib
23.05.2019
“O olmasın, bu olsun”60-cı dəfə nümayiş olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info