Kürdəmirdə nar ixracına başlanılıb
Tarix: 11.10.2018 | Saat: 14:45:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunda nar yığımına başlanıb və bağlardan qısa vaxtda 18 min 431 ton məhsul dərilib. Yığılan məhsulun əsas hissəsi xarici bazarlara, xüsusilə Rusiyaya və Baltik ölkələrinə yola salınır. Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bölgədə kənd təsərrüfatının bitkiçilik sahəsində bağçılıq məhsullarının istehsalı xüsusi çəkiyə malikdir və nar əsas ixrac məhsullarından biri kimi sahibkarların böyük əhəmiyyət verdikləri məhsuldur. Təsadüfi deyildir ki, artıq nar bağlarının sahəsi 3422 hektara çatıb. Bu, meyvə bağlarının 86 faizini təşkil edir. Sığırlı, Karrar, Axtaçı, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində narçılıq əsas gəlir gətirən məşğuliyyət sahəsinə çevrilib. Son illər nar bağlarının intensiv üsulla salınmasına daha çox üstünlük verilir. Mövcud bağların 1500 hektarı və ya 44 faizi məhz bu üsulla salınıb. Bu cür bağlardan daha çox və keyfiyyətli məhsul götürülür.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir
11.12.2018
Neftçalada indiyədək 36 min 50 hektar sahədə payızlıq taxıl əkilib
10.12.2018
Qaradağ rayonunda qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
10.12.2018
Ağdamın 20 yaşayış məntəqəsində 35 subartezian quyusu qazılacaq
10.12.2018
Masallıda Çin Xalq Respublikasından gətirilmiş 20 min tut tingi əkilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 Emil Rasimoğludan yeni şeir
2 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info