DƏMX Bakı və Sumqayıtda işəgötürənlərin iştirakı ilə seminar keçirib
Tarix: 11.10.2018 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı və Sumqayıt şəhərlərində işəgötürənlərin iştirakı ilə “Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması”, “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları”, “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” və “Xidmət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib. Tədbirdə Bakı şəhəri üzrə Nizami, Yasamal, Qaradağ rayonlarının və Xızı rayonundan olan işəgötürənlər iştirak edib.
Seminarda əmək münasibətlərinin qanunvericiliklə və əmək müqaviləsi bağlamaqla tənzimlənməsinin hüquqi əsasları diqqətə çatdırıb. Əmək müqaviləsinin bağlanması, onun şərtlərinin dəyişdirilməsi, eləcə də əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarından bəhs olunub. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı, müqavilə olmadan həyata keçirilən əmək münasibətlərinin isə işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu vurğulanıb. Kollektiv müqavilənin hazırlanması və bağlanmasının qaydaları, onun məzmunu və qüvvədə olma müddəti, həmin müqaviləyə əlavə və dəyişikliklər edilməsi, yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı müvafiq qayda və prinsiplər diqqətə çatdırılıb. Kollektiv saziş onun hazırlanması və baglanması qaydaları və s. barədə məlumat verilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
15.02.2019
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info