Bu il Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard dollardan çox olub
Tarix: 11.10.2018 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub.
Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20 milyard 275,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 milyard 412,2 milyon dollar, idxalın dəyəri 6 milyard 863,5 milyon dollar təşkil edib, nəticədə 6 milyard 548,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8 faiz, o cümlədən ixrac 37,7 faiz, idxal 29,5 faiz artıb. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən ixrac 1,0 faiz artıb, idxal isə 1,2 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 27,7 faizini İtaliyaya, 8,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Almaniyaya, 4,6 faizini Hindistana, 4,3 faizini Tayvana (Çinin əyaləti), 3,8 faizini Çexiyaya, 3,6 faizini İndoneziyaya, 3,3 faizini Kanadaya, 3,2 faizini Rusiyaya, 3,1 faizini Portuqaliyaya, 3,0 faizini Fransaya, 2,8 faizini Gürcüstana, 2,6 faizini İspaniyaya, qalan 18,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 10,5 faizi Çin, 6,3 faizi Almaniya, 5,2 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,2 faizi İtaliya, 2,8 faizi Yaponiya, 2,6 faizi İran, 2,4 faizi Cənubi Afrika Respublikası, 2,3 faizi Birləşmiş Krallıq, 2,2 faizi İsveçrə, 28,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Azərbaycan məhsulları Danimarkaya ixrac edilib
13.12.2018
Azərbaycanın da iştirak etdiyi Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib
13.12.2018
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri Rusiyada səfərdədir
13.12.2018
“Birinci Sahibkarlıq Blokçeyn Platforması”nın açılış mərasimi keçirilir
13.12.2018
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər
5 İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info