Kəngərli rayonunda keçirilən əmək yarmarkasında 23 nəfər işə göndəriş alıb
Tarix: 11.10.2018 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Muxtar respublikada həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Kəngərli rayonunda keçirilən növbəti əmək yarmarkasında səsləndirilib. Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərin nəticəsində son illər yüzlərlə vətəndaşımız yeni iş yerləri ilə təmin olunub, onların maddi rifah halı və sosial vəziyyəti daha da yaxşılaşdırılıb.
Rayon icra hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev çıxış edərək deyib ki, muxtar respublikada işaxtaran vətəndaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir. Bu tədbirlər içərisində əmək yarmarkaları öz əhəmiyyəti ilə seçilir.
Qeyd olunub ki, Kəngərli rayonunda təşkil edilən əmək yarmarkalаrı əhаlinin məşğulluğunun gücləndirilməsində, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsında və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsində mühüm əhəmiyyətə malikdir. Təhlillər göstərir ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
“Kəngərli rayonunda da əhalinin məşğulluğu və maddi rifah halının yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir” – deyən Hacırəddin Mehbalıyev vurğulayıb ki, yeni yaradılan sənaye və istehsal müəssisələri, aqrar sahənin inkişafı, tikinti-quruculuq işlərinin həcminin artması, xidmət şəbəkələrinin genişləndirilməsi işaxtaran vətəndaşların işlə təmin olunmasına geniş imkanlar açıb.
Əmək yarmarkasına 10-u dövlət və 6-sı özəl müəssisələrdən olmaqla, 137 boş iş yeri çıxarılıb. Yarmarkada 23 nəfərə işə qəbul olunmaq üçün göndəriş verilib.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq
19.06.2019
Prezidentdən yeni qanunvericilik təşəbbüsü: Pensiyanın minimum məbləği 200 manata çatdırılır
19.06.2019
Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikincidir
19.06.2019
Vüsal Qasımlı: Yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19.06.2019
Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info