Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin kurs və dərnəkləri uğurlu nəticələr əldə edib
Tarix: 11.10.2018 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində artıq
5 ilə yaxındır ki, mədəniyyətin müxtəlif sahələrinə dair fəaliyyət göstərən kurs və dərnəklər təqdimatı keçirilib.
Qeyd edək ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan Xalq Cümhuriyyətinin, ölkəmizin əldə etdiyi nailiyyətlər və “Azərbaycan Mədəniyyət Mərkəzinin beş ili” adlı foto, kitab və əl işlərinin sərgiləri iştirakçılara nümayiş etdirilib. Sərgidə Mədəniyyət Mərkəzinin rəsm, əl işləri dərnəyinin şagirdlərinin çəkdikləri rəsmlər və milli mədəniyyətimizə dair hazırladıqları suvenirlər təqdim olunub. Mədəniyyət müxtəlif sahələrinə dair masterklaslar nümayiş etdirilib.
Məktəblilər Azərbaycan Mədəniyyət Mərkəzinin Heydər Əliyev muzeyi və yeni açılmış Azərbaycan tarixi, dövlətçiliyi muzeyi ilə tanış olub, Ulu Öndərin həyat və yaradıcılığı, habelə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti barədə onlara məlumat verilib.
Tədbirdə Özbəkistanın uşaq və gənclər təşkilatlarının nümayəndələri, təhsil sahəsində çalışan mütəxəssislər, Daşkənddəki orta məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi müəssisənin milli mədəniyyətimizin təbliği ilə bağlı həyata keçirdiyi layihələrdən danışaraq, Mərkəzin əsas məqsədinin iki dövlət arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, habelə milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin qardaş Özbəkistanda təbliği olduğunu qeyd edib. O, Mərkəzdə yaradılmış kurs və dərnəklər haqqında danışaraq, ötən müddət ərzində bu istiqamətdə uğurlu nəticələrin əldə edildiyini söyləyib. Diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uşaq, yeniyetmələr, gənclər üçün hər bir şəraitin təşkil olunduğunu, Azərbaycanda dünya standartlarına cavab verən çoxsaylı təhsil, mədəniyyət müəssisələrinin yaradıldığını qeyd edərək, gələcəyin intellektlərinin yetişdirilməsi üçün dövlətimizin, habelə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışıb.
Daha sonra Samir Abbasov Mədəniyyət Mərkəzinin dərnək və kurslarının fəal müəllim və tələbələrinə mükafatlar təqdim edib.
Tədbirdə çıxış edən Daşkənd şəhəri təhsil, təlim üzrə departamentinin nümayəndəsi Firuza Xakimova, 102 saylı məktəbin direktoru Manzura Saidazimova ötən müddət ərzində Azərbaycan Mədəniyyət Mərkəzinin nümunəvi bir müəssisəyə çevrildiyini, Mərkəzdə təşkil olunan Azərbaycan dili, kompüter kursları, rəsm, rəqs, əli işləri və naxıştikmə dərnəklərinin nəinki Özbəkistandakı azərbaycanlılar, yerli özbəklər üçün də böyük imkanlar açdığını söylədilər, Özbəkistanda keçirilən əksər beynəlxalq tədbirlərdə Mərkəzin yetirmələrinin yüksək nəticələr əldə etdiklərini qeyd etdilər.
Tədbirdə Mədəniyyət Mərkəzinin kurs və dərnəklərinin hazırladıqları proqram təqdim olunub. Təqdimat mərasimində Mərkəzin Azərbaycan dili kursunun yetirmələri Ana dilimizdə şeirlər və dialoqlar səsləndiriblər, kompyuter kurslarının şagirdləri tariximizə və milli mədəniyyətimizə aid slayd şoular nümayiş etdiriblər. Mərkəzdəki rəsm və əl işləri dərnəyinin istedadlı uşaqlarının çəkdikləri rəsmlər və bacarıqlı əllərin hazırladıqları maraqlı suvenir, eksponat, geyimlər iştirakçıların böyük marağna səbəb olub.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs ansamblı yenicə hazırladıqları milli rəqslərimizi ifa ediblər. Çıxış iştirakçıların maraq və alqışlarına səbəb olub.
Qeyd edək ki, hazırda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yüzlərlə uşaq və yeniyetmə kurs və dərnəklərin fəaliyyətindən yararlanır və hər il onlarla müdavim Mərkəzin kurs və dərnəklərini başa vuraraq xüsusi sertifikatlarla təltif olunurlar. Onlar cəmiyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.
Sonda Mədəniyyət Mərkəzinin ziyafət zalında Daşkənd şəhərində fəaliyyət göstərən internat məktəblərinin fiziki qüsurlu azərbaycanlı və özbək uşaqları Azərbaycan milli mətbəxinə aid yemək və şirniyyatlara qonaq ediliblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib
17.10.2018
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018
Türkiyəli teatr xadimləri Musiqili Teatrda
17.10.2018
Mili Kitabxanada “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı sərgi açılıb
17.10.2018
“Uşaq Avroviziya-2018“ müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı təqdimat keçirildi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info