Musiqili Teatrda premyera – “Bağdadda bir gün”
Tarix: 11.10.2018 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Oktyabrın 12-də saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün ilk premyerası – "Bağdadda bir gün” iki hissəli musiqili komediyası nümayiş olunacaq. Tamaşa Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında hazırlanmışdır. Teatrın rus bölməsində ərsəyə gələn səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Maraqlı və rəngarəng süjet xətti, zəngin səhnə dekorasiyası olan bu tamaşanı “böyüklər üçün nağıl” da adlandırmaq olar. Çünki insanlar “zaman və məkan” anlayışından asılı olmayaraq, hər an xoşbəxtlik arzusundadırlar. Mövzu aktualdır. Şərq motivləri ilə yanaşı, milli koloritlərin də geniş təcəssüm olunduğu bu tamaşada hadisələr Bağdad xəlifəsi Harun ər Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir. Əsərdə qəhrəmanların bir çox maneələrə baxmayaraq pak məhəbbət axtarışı xoşbəxt sonluqla nəticələnir, şəhvət hissi ilə ülvi sevgini bir-birindən ayırmayanlar isə öz cəzasına çatırlar.
Premyerada rolları Əməkdar artistlər Boris Qrafkin (Masrur), Anton Ferştdant (Harun ər Rəşid), Svetlana Bulax (Afət), aktyorlar Emil Heydərov (Səlim), Yuliya Heydərova (Züleyxa), Pərviz Məmmədov (Bəhram), Mehriban Zalıyeva (Leyla), Əliməmməd Novruzov (Rəhim) Nadejda Povelitsina və Telnaz Hüseynova (Xacələr) ifa edəcəklər. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
“İstedadlar sorağında – 2019”: Xəzər rayonunda yaradıcılıq festivalının final mərhələsi keçirilib
22.05.2019
Akademik Musiqili Teatr Afaq Bəşirqızı ilə Qəbələdə
21.05.2019
Dünya mediası azərbaycanlı rəssamdan yazır
21.05.2019
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21.05.2019
İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info