Ağsunun Hacman kəndində modul tipli tədris ocağı istifadəyə verilib
Tarix: 11.10.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Ağsunun şimal dağlıq ərazisində rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən Hacman kəndində ibtidai məktəb üçün 40 şagird yerlik yeni modul tipli tədris ocağı istifadəyə verilib. Oktyabrın 11-də keçirilən açılış mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, təhsil şöbəsinin müdiri Səftər Əlabbasov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar.
Çıxışlarda respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsu rayonunda da ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən işlərdən, həyata keçirilən layihələrdən söz açılıb. Diqqətə çatdırılıb ki, Göydəlləkli kəndində ümumi orta məktəb üçün 90 şagird yerlik modul tipli yeni bina da istifadəyə hazırdır. Bundan başqa, Abasxanlı kəndində tam orta, Sarvan və Sanqalan kəndlərində ümumi orta məktəblər üçün də 90 şagird yerlik modul tipli təzə binaların quraşdırılması üçün dövlət vəsaiti ayrılıb və yaxın vaxtlarda işlərə başlanılacaq.
Açılış mərasimində kənd bələdiyyəsinin sədri Tərlan Səmədov, habelə valideynlər çıxış edərək təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda qonaqlar yeni binada müasir inventar və avadanlıqla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib
17.10.2018
UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyasının qalibi olub
17.10.2018
Rektor Elmar Qasımov 26 Prezident təqaüdçüsü ilə görüşüb
17.10.2018
Lera Kurmakaeva ADU-da təlim keçib
17.10.2018
Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Vətən uzaqda deyil
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info