Daha bir gəmimiz Azov, Qara və Aralıq dənizlərində istismar olunacaq
Tarix: 11.10.2018 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin daha bir quru yük gəmisi – “Mahmud Rəhimov” Azov, Qara və Aralıq dənizlərində istismar olunacaq.
QSC-dən verilən məlumata görə, artıq gəmi Türkmənistandan yük götürərək Bolqarıstana doğru istiqamət alıb. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçən gəmi bu gün Rostov limanına çatacaq. Burada müvafiq sənədləşmə işləri aparıldıqdan sonra Bolqarıstanın ən iri limanı olan “Burgas”a gedəcək.
Universal quru yük gəmisinin istismarına nəzarəti QSC-nin beynəlxalq sularda üzən digər gəmiləri kimi Gəmiçiliyin Bakıdakı baş ofisi, texniki xidməti isə QSC-nin Türkiyə nümayəndəliyi həyata keçirəcək.
“Mahmud Rəhimov” gəmisinin daimi heyəti 16 nəfərdən ibarətdir. Dedveyti 4485 ton, yükgötürmə qabiliyyəti 4100 ton, sürəti 11 uzel, uzunluğu 117,5, eni 16,5 metr olan gəmi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Mahmud Rəhimov” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 14-ə çatıb. Onlardan 12-si quru yük, ikisi tankerdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Ölkəmizdə ilk dəfə Ucarda “Mozzarella“ pendirinin istehsalına başlanılacaq
17.10.2018
AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib
17.10.2018
Alkoqollu içkilər istehsal edən müəssisələrdə istehsal və satış proseslərinin dəqiq uçotu aparılacaq
17.10.2018
9 ayda dövlət məşğulluq orqanları tərəfindən 44,8 min nəfər işlə təmin edilib
17.10.2018
Hacıqabulda salınan sənaye məhəlləsinin bir hissəsində tikinti işləri başa çatıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info