Son xəbərdarlıqlara əməl etməyən iaşə obyektlərinin bağlanması ilə bağlı vəsatət qaldırılacaq
Tarix: 11.10.2018 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib. Departament rəhbəri bildirib ki, bu vəziyyət havanın çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, insanlarda narahatlıq yaradır və əhalinin haqlı narazılığına səbəb olur:
"Əhali tərəfindən ETSN-ə daxil olan çoxsaylı şikayətlər əsasında bu ilin may ayından bugünədək Bakı şəhərinin inzibati rayonları və Abşeron rayonu ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən 217-sinin ətrafında monitorinq və araşdırma aparılıb. May ayında aparılan araşdırmalar zamanı məlum olub ki, şəhərin mərkəzində fəaliyyət göstərən dünya markalı iaşə müəssisələrindən başqa yalnız 1 şadlıq sarayında təmizləyici qurğunun olduğu müəyyən edilib.
Tərəfimizdən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri və şadlıq evlərinə xəbərdarlıq məktubları göndərilib, onlarla görüşlər keçirilib və qurğuların quraşdırılması üçün vaxt verilib".
R.Bağırov qeyd edib ki, verilmiş vaxt müddətində 217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb, digər 129 obyekt isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb, hazırda quraşdırma işləri davam etdirilir: "Tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə işləri aparılıb, bundan 7 obyekt sahibi vəzifəli şəxs qismində 23 000 manat məbləğində cərimə olunub, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri aparılır. Eyni zamanda, son xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı nazirlik tərəfindən müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq. Binəqədi, Nərimanov və Səbail rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində qurğuların quraşdırılması istiqamətində görülən işlər daha intensiv aparılsa da, Suraxanı, Xəzər və Xətai rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində demək olar ki, heç bir iş görülməyib".




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Paytaxtda əhali ilə fəal görüşlər aylığına yekun vuruldu
21.05.2019
Narkomaniya və onun fəsadlarına dair maarifləndirmə işləri aparılır
21.05.2019
“İdman jurnalistikası” magistr proqramına müraciət üçün qeydiyyat davam edir
20.05.2019
Yunanıstanda “Azərbaycan günləri“ adlı silsilə tədbirlər keçirilib
20.05.2019
…Hər sözdə vətən axtaran soydaşımız

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info