Türkmənistan seçim qarşısında: Moskva, yoxsa Vaşinqton?
Tarix: 11.10.2018 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


“Qazprom” rəhbəri Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyətinin Aşqabad səfərində qaz alınması ilə bağlı danışıqlar aparılır


Rusiya Türkmənistandan qaz alınması ilə bağlı danışıqlara başlayıb. “Qazprom” rəhbəri Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyəti Aşqabadda səfərdədir. Müşahidəçilər maraqla qeyd edirlər ki, bu, Millerin Türkmənistana ilk səfərədir. “Nezavisimaya qazeta” nəşri yazır ki, danışıqlarda söhbət ildə 3 milyard kub metr türkmən qazının alınmasından gedir. Ekspertlər hesab edirlər ki, Rusiyanın türkmən qazına ehtiyacı yoxdur. Aşqabaddan qaz alınması Moskvaya, sadəcə, Türkmənistandan xarici ticarət və siyasətdə güzəştə getməsinə nail olmaq üçün lazımdır. Miller Türkmənistanın “Vətən” telekanalına müsahibəsində deyib ki, cari ilin sonuna kimi Aşqabaddan qaz alınması üçün konkret danışıqlar olacaq. Rusiyanın qaz nəhənginin rəhbəri Aşqabadda dövlət başçısı Qurbanqulu Berdıməhəmmədovla görüşüb. Millerin sözlərinə görə Rusiya Türkmənistanın böyük imkanlarından xəbərdardır və ənənəvi bazarların artan qaz ehtiyacını xüsusi qeyd edir. Onun sözlərinə görə, alınacaq qazın həcmi və başqa texniki prosedurlarla bağlı məsələ yaxın zamanlarda müzakirəyə ediləcək ki, gələn ildən qaz alınmasına başlana bilsin. Nümayəndə heyətinin tərkibində Rusiya hökumət aparatının rəhbəri Konstantin Çuyçenkonun olması diqqət çəkir. Onu Türkmənistanda yaxşı tanıyırlar. O, vaxtilə Medvedevin başçılıq etdiyi hökumətdə türkmən qazının Ukraynaya ixracını kurasiya edib. Türkmənistan mediasına açıqlama verən Çuyçenko bildirib ki, ilin sonunda “Qazprom”un “kommersiya fasiləsi” başa çatır və qərar qəbul etmək lazımdır. Rusiya mediası yazır ki, Moskva yenidən Türkmənistan bazarına qayıdır. İki ölkə arasında imzalanan 2028-ci ilə qədər qaz sferasında əməkdaşlıqla bağlı müqavilə fəaliyyətdədir. Region üzrə ekspert olan Aleksandr Knyazev hesab edir ki, Moskvanın Aşqabaddan yenidən qaz almasına səbəb bu ölkədən müəyyən güzəştlər qoparmaqdır. Daha dəqiqi Moskva Türkmənistan istiqamətində, o cümlədən Xəzərdə təhlükəsizlik sferasını nəzarətdə saxlamaq istəyir. Burada söhbət heç də Rusiya hərbçilərinin Türkmənistanda yerləşdirilməsindən getmir. Bu, hərbi məsləhətçilər və müşahidəçilər qrupu ola bilər. Və yaxud güc strukturları və xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyası, informasiya mübadiləsi də ola bilər. Bir məqama da diqqət çəkmək lazımdır ki, Rusiya nümayəndə heyətinin səfəri ərəfəsində Berdıməhəmmədovla Putin arasında telefon danışığı olub. Bu ilin avqust ayında isə iki lider Xəzər sammiti çərçivəsində Aktauda görüşüb. Daha sonra bir görüş də Soçidə olub. Rusiya ilə fəal danışıqlar aparan Türkmənistan, eyni zamanda Birləşmiş Ştatlarla da müzakirələri davam etdirir. Vaşinqton Aşqabada Qazaxıstanın etdiyi kimi, Amerika yüklərinin tranzitinə qoşulmağı təklif edir. Astananın Moskva qarşısına çoxlu öhdəliyi olduğu halda, Aşqabadın bu baxımdan əl-qolu açıqdır. Türkmənistan üçün təklif cəlbedicidir. Çünki Türkmənbaşı yeni multimodal liman kimi işləyir. Digər tərəfdən Qazaxıstan və Özbəkistandan fərli olaraq Türkmənistandan Əfqanıstana məsafə iki dəfə azdır. Üstəlik Türkmənistandan Əfqanıstana iki çıxış var – biri dəmir yolu, Sərhədabad vasitəsilə, digəri şərqdə İmam-məzar buraxılış məntəqəsi ilə. Türkmən ekspert Sərdar Aytakov “Nezavisimaya qazeta”ya bildirib ki, Aşqabad təklifi cəlbedici hesab edərək Birləşmiş Ştatlar qarşısında bəzi şərtlər irəli sürüb: “Onlardan biri TAPİ kəmərinin (Türkmənistan – Əfqanıstan – Pakistan - Hindistan) Əfqanıstandan keçən hissəsinin tikintisinin təhlükəsizliyini təmin etməkdir. Amerikalılar konsorsium yaradaraq türkmən qazının Xəzərin şərq hissəsinə, daha sonra Avropaya daşınması variantını nəzərdən keçirir. Moskva məhz bu qaz ixracının qarşısını almaq üçün yenidən Türkmənistandan qaz almaq qərarına gəlib. Digər məsələ isə odur ki, Kreml amerikalıların Türkmənistan vasitəsilə yük nəqlini nəzarətə almaq istəyir. Bu isə ABŞ-la danışıqlarda əlavə üstünlük yaradır”. Rusiyalı ekspert Arkadiy Dubnov isə nəşrə dəyərləndirməsində deyib ki, imzalanan konvensiyaya əsasən Türkmənistan Transxəzər kəmərinin çəkilişinə başlaya bilər. Xəzərin ekoloji vəziyyətinin qorunması ilə bağlı məsələ bunun qarşısını ala bilməz: “İndi Berdıməhəmmədova kömək üçün real vəziyyət yaranıb. Rusların böyük nümayəndə heyəti ilə səfərinin arxasında da bu məqam dayanır. Rusiya bildirir ki, “sizə kömək lazımdırsa, biz edərik”. Həm də Berdıməhəmmədova göstərilir ki, onun dostları okeanın o tayında deyil, Moskvadadır”. Ekspert bildirib ki, iki liderin Soçi danışıqlarından sonra heç bir rəsmi şərh olmayıb. Amma indi bəlli olur ki, qaz alınması ilə bağlı məsələ elə onda, Soçidə razılaşdırılıb. Türkmən ekspert Aytakov bildirir ki, Aşqabada təcili pul lazımdır. Çinə satılan qaza görə türkmənlər min kub metr üçün 60 dollar alır. Rusiya bundan o qədər də çox məbləğ verməyəcək. Amma tez verəcək ki, bu da iqtisadi çətinlik içində yaşayan Türkmənistan üçün vacibdir: “Digər tərəfdən Moskva təhlükəsizliyə də təminat verir”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Erməni polisləri sərhəddə xidmətdən imtina edirlər
17.10.2018
ABŞ dövlət katibi Ankarada səfərdədir
17.10.2018
Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib
16.10.2018
Nikol Paşinyan istefa verib
16.10.2018
“ABŞ administrasiyası Ermənistanın yeni rəhbərliyini dəstəkləmir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Vətən uzaqda deyil
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info