Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş iclas keçirilib
Tarix: 11.10.2018 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı oktyabrın 10-u və 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iclaslar keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında ölkəmizdə ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra olunduğunu, dinamik inkişafın getdiyini, xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd edib və bildirib ki, sabitliyin, uğurlu inkişafın təməlində dövlətimizin başçısının apardığı düşünülmüş siyasət və xalq tərəfindən bu siyasətə göstərilən dəstək dayanır.
Məlumat verilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və maddi rifahının yüksəldilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşmış məcburi köçkünlərlə bağlı işin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımların atılması ilə bağlı tapşırıq verib. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqət və qayğının təzahürüdür.
Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu istiqamətdə verilmiş tapşırıqları uğurla icra edir. Eyni zamanda, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında məcburi köçkünlərlə iş sahəsində vəziyyətlə bağlı ciddi iradlar bildirib, o cümlədən onların yeni mənzillərə köçürülməsi prosesinin daha şəffaf və ədalətli şəkildə aparılmasını tələb edib.

Qeyd olunub ki, komitədə repatriasiya məsələsi ilə bağlı yaradılmış komissiya və işçi qrupu şəffaflığın təmin edilməsi üçün öhdəsinə düşən işi layiqincə yerinə yetirməlidir. İlk növbədə, uçot məsələsində şəffaflığa nail olunmalı və bu istiqamətdə görülən işlər tezliklə başa çatdırılmalıdır. Uçotun düzgün təşkili məcburi köçkünlərin yeni mənzillərlə təminatının ədalətli şəkildə aparılmasına imkan yaradacaq. Nəticədə bu sahədə neqativ halların qarşısını almaq mümkün olacaq.

Eyni zamanda, şöbə və departament rəhbərləri də öz işini düzgün qurmalıdırlar. Yerlərdə yoxlamalar aparılmalı, qeydiyyat-uçot məsələsində pozuntu halları tam aradan qaldırılmalıdır. Vurğulanıb ki, bu, komitənin rəhbər işçilərindən siravi əməkdaşlarına kimi hamının həm insanlıq, həm də vicdan borcudur. Yeni mənzillərə, ilk növbədə, hələ də ağır və qəzalı binalarda məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi təmin edilməlidir.

Nazirlər Kabinetinin müvafiq qərarında qoyulan tələblər daha dəqiq və ədalətli şəkildə yerinə yetirilməlidir. Xüsusilə yeni mənzillə təmin olunduqdan sonra ona verilən müvəqqəti məskunlaşma sahəsində yaşamayan, verilən mənzili satan, yaxud kirayəyə verən şəxslərə qarşı qanunauyğun tədbirlər görülməlidir. Bu istiqamətdə nəzarət gücləndirilməlidir. Bundan başqa, evlərin paylanması prosesi daha da şəffaflaşdırılmalı, kommunal xərclərin düzgün ödənilməsi təmin edilməlidir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tələblərini rəhbər tutaraq Dövlət Komitəsinin hər bir nümayəndəsi öz işində dəyişiklik etməlidir. Mövcud problemlərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə olunacaq.
Komitə sədri dövlət başçısısının tapşırıq və tövsiyələrinin tam yerinə yetirilməsi ilə bağlı şöbə və departament rəhbərlərinə konkret göstərişlər verib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Milli müstəqilliyimiz - mənəvi gücümüz“ mövzusunda konfrans keçirilib
17.10.2018
Bəzi mühüm saytlar haker hücumlarına məruz qalıb
17.10.2018
“AtaSığorta” 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
17.10.2018
Fondun “Azərişıq“ ASC ilə birgə keçirdiyi birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb
17.10.2018
Dövlət Komitəsində görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info