Müxalifət daxilində yeni qalmaqal
Tarix: 11.10.2018 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Son günlər müxalifət düşərgəsində sular durulmur. Əslində, ilin əvvəlindən müxalifətdə işlər qaydasında getmirdi. “Milli şura” adlı Əli Kərimlinin nəzarətində olan qondarma birliklə bəzi siyasi qüvvələr arasında yaranmış narazılıqdan tutmuş, Xədicə İsmayıl - Emin Hüseynov davası, Emin Millinin “Meydan” TV üçün ianə yalvarışlarından tutmuş Cəmil Həsənlinin “Meydan” TV layihəsi üzərindən yüz minlərlə pulların “yuyulması” ittihamı, Qurban Məmmədovun eyni anda bir neçə nəfərlə söz savaşına çıxması və digər onlarla misallar onu göstərir ki, doğrudan da, bu düşərgədə normal siyasətçi yoxdur! Heç cür eyni nöqtəyə vura bilməyən adamlar hakimiyyətə gəlib ideal idarəetmə sisteminin tətbiqindən söz açırlar... Bu söz davalarında ən iyrənc məsələ isə son günlər yaşandı. İş o yerə çatıb ki, hətta müxalifətdə olan iki qardaşı bir-birinə düşmən salacaq olaylar da baş verir. Belə ki, mühacirətdə olan Vidadi İsgəndərli Qurban Məmmədovun məlum səs yazısına reaksiya verərək paylaşım edib. O, Qurban Məmmədova aid əlində başqa səs yazısının olduğunu deyərək qeyd edib ki, hətta Q.Məmmədov özü bu səs yazısının yayılmasına etiraz etmir. Bu səbəbdən də V.İsgəndərli saxladığı səs yazısını paylaşıb. Səs yazısında Qurban Məmmədov deyir ki, o, yüz faiz bilir ki, Əvəz Zeynallı ilə Nemət Pənahlı agentdir. Maraqlıdır ki, Vidadi İsgəndərli Qurban Məmmədov tərəfindən ittiham olunan hər iki şəxsin tərəfini saxlayır və bu ləkəyə inanmadığını deyir: “Qurban Məmmədov, əgər onlar sənin iddia etdiyin kimi, agentdirlərsə, niyə bu adamları bir neçə dəfə öz verilişinə dəvət edirdin? Mən nə demişəmsə, sözümün arxasında dururam. Müxalifət haqqında da, hamı haqqında da. Sən dediyin sözün arxasında durmursan. İndi bu ittihamı irəli sürmüsən, bu adamları debata çağır, dediyin sözlərlə bağlı onlara cavab ver. Deyirsən, hər ikisinin agent olması ilə bağlı əlində yüz faiz faktlar var. Hətta qardaşın haqqında da eyni sözləri demisən. Bununla bağlı səs yazısını isə, hələlik paylaşmıram. O səsini Sərdar Cəlaloğlunun özünə göndərəcəyəm”.
Əslində, bu cür ittihamlar on illərdir ki, müxalifət düşərgəsində olub, olur, olacaq da. Çünki müxalifətdə olanlar daim şəxsi ambisiyalarından çıxış ediblər, onları xalq, normal, düzgün siyasi fəaliyyət maraqlandırmayıb, bu gün də xaricdə formalaşan yeni müxalif qüvvələrdən tutmuş, ənənəvi müxalif qüvvələrəcən, hər kəs daha çox xaricdən maliyyə yardımı almaq üçün fəaliyyət göstərir. Bu səbəbdən də, dəfələrlə bir-birini ittiham edən müxalifətçilər öz yollarında ciddi rəqib kimi, həmkarlarını görürlər, onların bostanlarına daş atıb, xalqın gözündən salırlar. Əslində, onsuz da bu adamların xalq arasında hörməti qalmamışdı. Zatən, söyüşü siyasətdə adi terminlərə çevirən Vidadi İsgəndərlini çox az adam dinləyirdi. Avropa küçələrində anormal aksiyalar keçirənlərdən tutmuş, özünü az qala AXCP-də əbədi rəhbər elan edən Əli Kərimliyəcən heç kimin cəmiyyətdə nüfuzu artmamışdı. Əksinə, seçki ili olmasına baxmayaraq, bu qüvvələr birləşmək əvəzinə, iyrənc siyasi oyunlarda oyunçu oldular, sonda ittiham, təhqir, bir-birinə çamur atmaqla daha da nüfuzdan düşdülər.
Haqlı olaraq cəmiyyətdə belə bir sual yaranır ki, əgər siyasətçi müxalifətdədirsə, niyə onun siyasi konsepsiyaları olması əvəzinə, belə anormal ittihamları olsun? Axı onun başlıca məqsədi hakimiyyətə gəlməkdir. Bu adamlar isə öz aralarında bir-birini qıraraq “müxalifətdə əsas qüvvə, əsas fiqur mənəm” deyib, nüfuz savaşına çıxırlar. Hakimiyyətə gəlmək onları düşündürmür. Yalnız pul, yardım davası, köhnə variantlardan istifadə etməklə bir-birinə xəyanət, təhqirlə dolu meydan açmaq... Görünür, bu xəmir hələ çox su aparacaq!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Rusiyalı tarixçi: Ermənistanda faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi aktuallığını itirmir
18.10.2018
Musa Qasımlı: Ötən illər göstərdi ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur
18.10.2018
“Son 15 ildə müstəqil Azərbaycan heyrətamiz inkişaf və yüksəliş yolu keçib”
18.10.2018
Baş nazir Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini ilə görüşüb
18.10.2018
Azərbaycan nümayəndə heyəti Pekində Tayhu Dünya Mədəniyyət Forumunda iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info