“Tarix bizim üçün dərs olmalıdır”
Tarix: 11.10.2018 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


1-5 oktyabr 2018-ci il tarixində Türkiyə Cümhuriyyətinin Ankara şəhərində 18-ci Türk Tarix Konqresi gerçəkləşdi. Türk Tarix Konqresi ilk dəfə olaraq 1932-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən qurultay formasında keçirilmişdir. Elə o zamandan bəri hər 4 ildə bir dəfə olmaqla tarixçilərin bu qurultayı keçirilir, sonuncusu isə 18-ci Türk Tarix Konqresi oldu.
Dünyanın müxtəlif universitetlərinin qatıldığı Türk Tarix Konqresi 1000-ə yaxın tarixçinin bir araya gəldiyi akademik bir qurultay oldu. Mövzular Səlcuq tarixi və mədəniyyəti, Osmanlı tarixi və mədəniyyəti, Türk dünyası tarixi, Türkiyə Cümhuriyyəti tarixi, mədəniyyətlər tarixi: din və məzhəblər tarixi, Roma və Bizans tarixi və mədəniyyəti, hərb tarixi, milli-azadlıq hərəkatları tarixi, Türk – erməni münasibətləri, tarixşünaslıq, tarixi coğrafiya, şəhərlər və memarlıq, miqrasiya, türk dili və ədəbiyyatı tarixi, iqtisadiyyat, hüquq və diplomatiya, sənətkarlıq, vəqf (vakıf) tarixi, arxeologiya və s. başlıqlar altında türk və ingilis dillərində icra olundu. Türk Tarix Konqresinin gedişi prosesində Dövlət arxivləri tərəfindən təqdim olunan sənədlərdə “Ermənilər tərəfindən həyata keçirilən qətliamlar”, həmçinin 75 xəritədən ibarət “Xəritələrlə tarixə səyahət” və “Əngəlsiz tarix” sərgiləri də nümayiş etdirildi.
Türk xalqına, onun tarixinə və coğrafiyasına zaman-zaman olan böhtanlar, yalanlar belə bir qurultayın keçirilməsini zəruri etmişdir. Hələ vaxtilə ulu öndər Heydər Əliyev demişdir: “Tarix bizim üçün dərs olmalıdır”. Tariximizə, dövlətçiliyimizə qarşı həqarət, iftiralar davam etdikcə, tarixi həqiqət tarixçilərin qələmi ilə mənbələrə, faktlara söykənərək yazılmalı və dünyaya çatdırılmalıdır. Tarix bir millətin yaddaşı deyil, eyni zamanda onun inkişafı yollarını göstərəndir. Mütəfəkkirlərdən biri demişkən: “Mən yalnız Allah və tarix qarşısında məsuliyyət daşıyıram”.
Tarixin müxtəlif dövrlərində bu böhtanlar müxtəlif formalarda həyata keçirilmişdir. Gah köçəri türklər adı altında yaddaşlara aşılanır, gah ayrı-ayrı şəxsiyyətlər hədəfə alınır. Burada bir məqsəd olmuşdur – tariximizi tarixsizləşdirməyə, ondan qoparmağa, elə bir tarix təqdim etməyə yönəlmişdir ki, milləti öz tarixindən utandırsınlar. Lakin məlumdur ki, türkün tarixi çox qədimlərə – eramızdan əvvəlki minilliklərə gedib çıxır.
Hesab edirəm ki, yetişən gənc nəslə “tarix” şüurunu, “tarix” yaddaşını aşılamaq üçün bu qəbildən akademik tədbirlərin keçirilməsi vacibdir. Çünki tarixi sevdirmək, yaddaşlara köçürmək üçün yalnız kitablar kifayət etmir, həmçinin film, kino, təqdimat, müxtəlif layihələr bu işə xidmət edə bilər.

Naibə Əhmədova
Tarix üzrə fəlsəfə doktoru, dosent,
ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək
18.10.2018
“Heydər Əliyev və Azərbaycan tarixi” V respublika bilik yarışı keçirilib
18.10.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Müstəqillik Günü qeyd edilib
18.10.2018
Təhsil müəssisələrində dövlət müstəqilliyimizin 27-ci ildönümü qeyd olunub
18.10.2018
BANM-ın rektoru və tələbələri təltif olundular

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info