“Tour de France” velosiped yarışlarının mükafatı oğurlanıb
Tarix: 12.10.2018 | Saat: 01:43:00 | E-mail | Çapa göndər



Britaniyanın velosiped yarışları üzrə “Team Sky” komandası velo yürüşçü Heraynt Tomasa məxsus və təmizlik işləri zamanı nəzarətsiz qalan “Tour de France” velosiped yarışlarının mükafatının oğurlandığını bildirib.

AZƏRTAC xəbər verir ki, ötən il bu komandanın üzvləri yarışların üç turunun hamısında qalib gəlib. Heraynt Tomas “Tour de France”ın, Saymon Yeyts “Vuelta” ispan mərhələsinin, Kris Frum isə “Giro de İtaly”nın qalibi olublar. Bu möhtəşəm qələbələrdən sonra “Team Sky” hər üç mükafatı bütün Britaniya ərazisində nümayiş etdirməyə başlayıb.
İngilis polisi Birminhemdə təşkil olunan sərgidə təmizlik işləri zamanı nəzarətsiz qalan mükafatın oğurlanması faktı ilə bağlı təhqiqata başlayıb. Komanda üzvləri də bu araşdırmalarda qanun keşikçilərinə kömək edir. Mükafatın sahibi H.Tomas deyib: “Mükafat oğrular üçün onun o qədər də dəyərli deyil, amma mənə və komanda üzvlərinə çox qiymətlidir. Ümidvaram ki, oğrular vicdanlarının səsinə qulaq asacaq və onu qaytaracaqlar. Kubok böyük əhəmiyyətə malikdir, ən əsası isə - o, heç kimin oğurlaya bilməyəcəyi qeyri-adi yay mövsümünün heyrətamiz xatirəsidir”.
“Tour de France” dünyada ən mötəbər velosiped yarışlarıdır. Fransanın yolları ilə “Böyük dövrə” yürüşü 1903-cü ildən bəri keçirilir.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Bakıda 40 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
19.06.2019
İsa Həbibbəyli: Maaş artımı AMEA-nın 300-dən çox əməkdaşına şamil edilir
19.06.2019
Göldə çimənlər zəhərləndi - 27 nəfər xəstəxanaya düşdü
19.06.2019
Malidə silahlı hücum...
18.06.2019
Türkiyədə sərnişin avtobusu aşıb ...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info