Ölkəyə yeni ikimərtəbəli sürət qatarları gətirilib
Tarix: 12.10.2018 | Saat: 11:51:00 | E-mail | Çapa göndər


“Bu ilin sonuna qədər işə düşməsi gözlənilən Bakı-Gəncə sürət qatarı həm adi, həm də VIP otaqlara malik vaqonlardan ibarət olacaq”.
Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
C.Qurbanov bildirib ki, bu marşrut üçün nəzərdə tutulmuş ikimərtəbəli qatarlar artıq Bakıdadır. Həmin qatarlarda sərnişinlərə həm adi, həm də xüsusi xidmət göstərilməsi üçün vaqonlar var. Hər vaqonun özünün ayrıca sanuzeri, xüsusi soyuducusu var. İçindəki su sərnişinlər üçün nəzərdə tutulur. Vaqonların başında kiçik mətbəxlər yerləşdiriləcək. Mətbəxlərdə yüngül yeməklərin verilməsini təmin edəcəyik. Vaqonlarda “Wi-Fi” quraşdırılacaq.
C.Qurbanov həmçinin deyib ki, Bakı-Gəncə qatarının sürəti tədricən 150 km/saata çatdırılacaq: “Biz 159 km/saat sürətini sınaqdan keçirmişik. Gətirilmiş qatarların sürət yığma qabiliyyəti isə 300 km/saata qədərdir. Ancaq bugünkü imkanı 150-160 km/saata qədərdir. Hələlik dəmir yollarının kənarı tam bağlanmayıb. Bütün ölkə üzrə təhlükəsiz keçidlər təmin edilməyib. Sözügedən problemlər həll olunduqdan sonra biz sürəti qaldırmağa çalışacağıq".
O həmçinin qeyd edib ki, Bakıətrafı dairəvi dəmir yolunun bir hissəsi olan Sumqayıt dəmir yolu stansiyası bu ilin sonuna kimi istifadəyə veriləcək.C.Qurbanov bildirib ki, Bakıətrafı dairəvi dəmir yolunun təşkili istiqamətində işlər davam edir. Burada 14 stansiya olacaq və 30 min sərnişinə xidmət edəcək. Həmin dəmir yolu ilə 15 elektrik qatarının hərəkət etməsi nəzərdə tutulur. 20-dən çox yeraltı və yerüstü keçidlər təşkil ediləcək. Dairəvi dəmir yolunun Sumqayıt-Sabunçu hissəsində də işlər yekunlaşmaq üzrədir.
Cavid Qurbanov digər açıqlamasında deyib ki, bir ilə yaxın müddətdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə 3 minədək konteyner və vaqon daşınıb.O bildirib ki, bir həftə əvvəl Gürcüstan ilə Azərbaycanın dəmir yolları şirkətləri BTQ-nin istismarı ilə bağlı təlimat imzalayıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Milliyet.com.tr”: “Star” neft emalı zavodu Avropada üç zavoddan biri olacaq”
18.10.2018
Balakəndə yeni yaradılan 60 kameralı tütün qəbulu məntəqəsində 90 nəfər işlə təmin olunub
18.10.2018
Gömrük orqanları arasında işgüzar dialoq ikitərəfli əlaqələrin inkişafına töhfə verir
18.10.2018
Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb
18.10.2018
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info