ABŞ-da Azərbaycan multikulturalizmi müzakirə olunub
Tarix: 12.10.2018 | Saat: 11:52:00 | E-mail | Çapa göndər


ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Briqam Yanq Universitetində 7-9 oktyabrda keçirilən Beynəlxalq hüquq və din simpoziumunda Azərbaycan multikulturalizmi əsas müzakirə mövzularından olub.
Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun yaydığı məlumata görə, 50 ölkədən 150-dək siyasi-ictimai və din xadimlərinin, elm, QHT və media nümayəndələrinin qatıldığı simpoziumda insan haqları, beynəlxalq dini azadlıqların qorunması və digər mövzular üzrə müzakirələr aparılıb.
Simpoziumda bir sıra tanınmış xadimlər, o cümlədən ABŞ Dövlət Departamentinin dini azadlıqlar üzrə səfiri Səm Braunbək, Avropa İttifaqının dini azadlıqlar üzrə xüsusi elçisi Yan Fiqel və Avropa İnsan Haqları Məhkəməsinin sabiq hakimi Ann Pauer-Ford iştirak ediblər.
Universitetin dəvətilə simpoziumda çıxış edən Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verərək, əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul Azərbaycanda tarixdən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Ölkəmizin dinlərarası harmoniyaya verdiyi töhfələrdən bəhs edən baş konsul Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda tarixi katakombaların, eləcə də Fransa, Rusiya və Bolqarıstanda tarixi-dini abidələrin bərpası üçün gördüyü işlərdən söhbət açıb.
Çıxışdan sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Yaponiya ilə Azərbaycan arasında viza sadələşdirilməsi istiqamətində işlər aparılır
19.06.2019
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19.06.2019
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə“ mövzusunda beynəlxalq konfrans
19.06.2019
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
19.06.2019
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info