MEK-də Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş sərgi açılıb
Tarix: 12.10.2018 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın Xalq şairi, tərcüməçi, publisist, Dövlət mükafatı laureatı Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edib. Sərgidə şairin kitabxana fondlarında saxlanılan seçilmiş əsərləri - “Daş harayı”, “Atamın kitabı”, “Qayalara yazılan səs”, “Oxucuya məktub”, “Aylarım illərim”, “Həyatın və sözün rəngləri”, “Qanadlı qayalar”, “Dünya sənin, dünya mənim”, “Ocaq başında”, o cümlədən, şairə həsr olunmuş “Məmməd Araz dünyası” (Vaqif Yusifli), “Məmməd Araz”, “Xalq şairi Məmməd Araz” (İsa Həbibbəyli), “Məmməd Araz” (Eyvaz Eminalıyev), “Bu da belə bir ömürdü...” və digər kitablar nümayiş olunur.
Xalq şairi Məmməd Araz 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində doğulub. Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. 1952-ci ildə "Yanın işıqlarım" şeiri çap edilib. Sonrakı vaxtlarda "Ulduz" jurnalının məsul katibi vəzifəsində çalışıb, "Ədəbiyyat və incəsənət" qəzetində və Azərbaycan Dövlət Nəşriyyatında Baş redaktorun müavini olub. Ədəbiyyata, poeziyaya bağlı olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə də rəhbərlik edib. Şair 2004-cü ildə dekabrın 1-də Bakıda vəfat edib.
Sərgidə nümayiş etdirilən kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" adlı layihə çərçivəsində MEK-in elektron kataloqunda əks olunaraq, MRY bazasında yerləşdirilib. Sərgi oktyabr ayının 20-dək davam edəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib
17.10.2018
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018
Türkiyəli teatr xadimləri Musiqili Teatrda
17.10.2018
Mili Kitabxanada “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı sərgi açılıb
17.10.2018
“Uşaq Avroviziya-2018“ müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı təqdimat keçirildi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info