Azərbaycan 22 milyon tonadək neft və neft məhsulları ixrac edib
Tarix: 12.10.2018 | Saat: 11:55:00 | E-mail | Çapa göndər


Elektrik enerjisi ixracı 1,5 dəfə çoxalıb


Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 21 milyon 945 min 925 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. Doqquz ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 11 milyard 588 milyon 26 min ABŞ dolları olub.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, ötən ilin 3 rübündə Azərbaycandan 15 milyon 381 min 808 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 5 milyard 883 milyon 465 min dollar təşkil edib.
Həmçinin o da bildirilib ki, sari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 172 min 17 ton kimya sənayesi məhsulları ixrac edilib. Üç rübdə ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 56 milyon 907 min ABŞ dolları olub.
Qeyd edək ki, keçən ilin 9 ayında ölkədən 237 min 185 ton kimya sənayesi məhsulları ixrac olunub, həmin ixracın dəyəri isə 57 milyon 915 min dollar təşkil edib.
Elektrik ixracı ilə bağlı rəqəmlər də açıqlanıb. 9 ayda Azərbaycandan 1 milyard 266 milyon 198 min kilovat/saat elektrik enerjisi ixrac olunub.
Yanvar-sentyabr aylarında ixrac olunan elektrik enerjisinin dəyəri 59 milyon 637 min ABŞ dolları təşkil edib.
Keçən ilin 3 rübündə isə ölkədən 812 milyon 338 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri 36 milyon 232 min dollar olub.
Beləliklə də, bu ilin 9 ayında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfədən çox artıb.
Təbii qaz ixracına gəldikdə isə komitədən verilən məlumata görə, bu ilin 3 rübündə Azərbaycandan 5 milyard 262 milyon 743 min kubmetr təbii qaz ixrac olunub. Yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 28 milyon 245 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, keçən ilin doqquz ayında ölkədən 5 milyard 213 milyon 579 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 928 milyon 658 min dollar olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Cari ildə ölkədə 145 min ton metanol istehsal edilib
19.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR-ın idarəçiliyində ilk iclasları keçirilib
19.06.2019
İlin 5 ayı ərzində qeyri-neft sektorunda ixrac 17,8 faiz artıb
19.06.2019
Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq
19.06.2019
Prezidentdən yeni qanunvericilik təşəbbüsü: Pensiyanın minimum məbləği 200 manata çatdırılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info