Nizami Gəncəvinin əsəri Daşkənddə özbək dilində çap edilib
Tarix: 12.10.2018 | Saat: 11:57:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının birinci hissəsi olan “Şərəfnamə” əsəri Daşkənddəki “Zamin Nashr” nəşriyyatında özbək dilində çap edilib. Qeyd edək ki, İsgəndərnaməyə daxil olan “İqbalnamə” əsəri də 2017-ci ildə özbək dilinə tərcümə edilərək ayrıca kitab halında Daşkənddə çap olunub.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə çap olunan əsəri özbək dilinə Özbəkistanın Xalq şairi Camal Kamal tərcümə edib. Kitabın layihə rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, məsul redaktor və “Ön söz”ünün müəllifi Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru Nurboy Jabborov, redaktoru həmin Universitetin dossenti Gülbahar Aşurova, tərtibçi isə Azərbaycandan - filologiya elmləri namizədi Kərimula Məmmədzadədir.
Artıq Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Camal Kamalın tərcüməsində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” və “İsgəndərnamə” əsərləri özbək dilində Daşkənddə çap olunub.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə Camal Kamal tərəfindən artıq “Xosrov və Şirin” əsəri də özbək dilinə tərcümə edilərək, çap olunması məqsədi ilə Mərkəzə təqdim olunub.
Ənənəyə əsasən Nizami Gəncəvinin Özbəkistanda özbəkcə nəşr olunan kitablarının üz qabığının arxa səhifəsində dahi Nizami Gəncəvinin dünyanın müxtəlif ölkələrindəki heykəllərinin şəkilləri öz əksini tapır.
Hazırda şair-tərcüməçi Camal Kamal dahi Nizaminin “Yeddi gözəl” əsərini özbək dilinə tərcüməsini həyata keçirir.
Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitablar, o cümlədən “Xəmsə”yə daxil olan əsərlər Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilir.
Qeyd edək ki, Nizami irsinin Özbəkistanda tanıdılması və geniş təbliği məqsədilə 2015-ci ildən Azərbaycan Mədəniyyət Mərkəzi xüsusi layihəyə start vermişdir. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Mədəniyyət Mərkəzinin direktoru
Samir Abbasov ilə Özbəkistanın xalq şairi Camal Kamal arasında Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsərin bütövlükdə özbək dilinə tərcümə olunması ilə bağlı müqavilə imzalanıb və bu layihəyə start verilib.
2019-cu ildə layihəyə yekun vurulacaq və dahi şairin bütün əsərləri özbək dilində oxucuların istifadəsinə veriləcəkdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Anadaolu Atəşi” rəqs qrupu dünya turuna başlayır
15.02.2019
VII Muğam Televiziya Müsabiqəsinin seçim turları yekunlaşıb
15.02.2019
Özünü yeni prizmadan tanımaq üçün əla fürsət
15.02.2019
Masallı şəhər Heydər Əliyev Mərkəzində Cəfər Cabbarlının 120 illiyi qeyd olunub
15.02.2019
Özbəkistanda “Nəsimi ədəbiyyat günləri” keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info