“Azərbaycan sürətlə inkişaf edən ölkələrəndir, nəhəng layihələrə imza atır”
Tarix: 12.10.2018 | Saat: 11:59:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdül Kərim ilə görüş keçirilib.
Tədbirdə Aİİ-nin müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.
Aİİ-nin rektoru Ceyhun Məmmədov cənab Nasir Əbdül Kərimi və görüş iştirakçılarını salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan rektor, ötən ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib. Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında danışan C.Məmmədov institutun xarici təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.
Sonra Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdül Kərim çıxış edib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən səfir instituta fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, nəhəng layihələrə imza atdığını, paytaxtla yanaşı regionların da gündən-günə inkişaf etdiyini deyən səfir müsəlman ölkəsi olaraq bunun onlarda da xoş təəssürat yaratdığını vurğulayıb. Daha sonra səfir bildirib ki, Fələstinlə Azərbaycan arasındakı əlaqələr tarixə söykənir. 2011-ci ildə Fələstinin Azərbaycanda səfirliyinin açılması ilə bu əlaqələr daha da güclənib. İki ölkənin rəhbərliyi arasında daim məsləhətləşmələr aparılır və qarşılıqlı əməkdaşlıq mövcuddur. Azərbaycan və Fələstin beynəlxalq təşkilatlar çərçivəsində, forumlarda bir-birini dəstəkləyir. Azərbaycan müstəqillik qazandıqdan sonra, ölkələrimiz bir-birinin müstəqilliyini tanıyıb. Hələ, sovet dövründən və Azərbaycan müstəqillik qazandıqdan sonra, Fələstin lideri Yasir Ərəfatla Azərbaycanın Ümummilli lideri Heydər Əliyev arasında əməkdaşlıq mövcud olub və daim bir-biri ilə əlaqə saxlayıblar.
Görüş zamanı səfir Fələstin probleminin qısa tarixinə və Yaxın Şərqdə sülhün perspektivlərinə də toxunub. Ölkənin qədim və indiki dövrü haqqında sənədli materiallar təqdim edən səfir Fələstin probleminin tarixi, bir sıra aspektləri, müasir durumu haqqında ətraflı məlumat verib və bu problemə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin münasibəti haqqında danışıb. Tədbirin sonunda müzakirə aparılıb, səfir Nasir Əbdül Kərim müəllimlərin və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq olimpiadada iştirak ediblər
13.12.2018
“Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib
13.12.2018
“Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”
13.12.2018
“Hədəf Liseyi“ Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzaladı
13.12.2018
Eksternat imtahanlarına sənəd qəbulu başa çatır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər
5 İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info