UNEC-in təhsil imkanları XII Beynəlxalq Təhsil Sərgisində yüksək qiymətləndirilib
Tarix: 12.10.2018 | Saat: 12:07:00 | E-mail | Çapa göndər


UNEC XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində (Education-2018) təmsil olunur. Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində təşkil olunan XII Azərbaycan beynəlxalq təhsil sərgisi “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilib. UNEC-in öz stendi ilə təmsil olunduğu sərgidə dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçı bir araya gəlib. Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, təhsil müəssisələrinin rəhbərləri və təhsil qurumların nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayaraq, sərginin ziyarətçilər üçün faydalı olacağını bildirib. Sərgi ilə tanışlıq zamanı Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov UNEC stendini ziyarət ediblər. UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov rəsmi ziyarətçilərə universitetin təqdim etdiyi təhsil xidmətləri barədə ətraflı məlumat verib. UNEC-in dünyanın nüfuzlu universitetləri ilə bakalavr və magistratura pilləsi üzrə ikili diplom proqramı həyata keçirdiyini diqqətə çatdırıb, eləcə də beynəlxalq mübadilə, UDİD, təqaüd və təcrübə proqramlarından bəhs edib. UNEC-in təqdim etdiyi ikili diplom proqramları rəsmi ziyarətçilərin xüsusi marağına səbəb olub, onlar tətbiq olunan yenilikləri yüksək qiymətləndiriblər.
Sonra UNEC stendində Texnologiya və dizayn fakultəsinin tələbələrinin qrafik əl işlərini yerinə yetirmə prosesi izlənilib. XII Azərbaycan Beynəlxalq Təhsil sərgisi (Educayion-2018) oktyabrın 13-dək davam edəcək. Sərgidə UNEC nümayəndələri ziyarətçiləri universitetin bakalavr, magistratura və doktorantura pilləsi üzrə təhsil imkanları, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanış edəcək. Qeyd edək ki, UNEC stendi daha öncə zəngin məlumatları, kreativ dizaynı ilə “Ən Yaxşı Universitet Təqdimatı” və “Ən orijinal stend” nominasiyalarının qalibi olub.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Qafqaz ölkəsi olaraq yaşadığımız regionu dərindən öyrənməliyik
24.05.2019
Azərbaycan alimi Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib
23.05.2019
Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
23.05.2019
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Açıqlaması
23.05.2019
Subbakalavrlar ali məktəblərə imtahansız qəbul ola biləcəklər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info