Qurban Qurbanov: “Rəqib uduzsa da, ciddi müqavimət göstərdi”
Tarix: 12.10.2018 | Saat: 12:50:00 | E-mail | Çapa göndər


“Komandamızı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Oyundan əvvəl mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Buna baxmayaraq, lazımi xarakter göstərdik”. Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov səfərdə Farer Adalarına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. “Oyuna aktiv başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar və ilk dəqiqələrdən qol vurmağa çalışdılar. Biz isə texniki səhvlərə yol versək də, tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi. Standart vəziyyətlərdə və uzun toplarda rəqib həddindən artıq təhlükəli idi. Farer Adaları meydanda nə etdiyini yaxşı bilir. Malta Kosovo ilə oyunda 1:1 hesablı heç-heçə etdiyi vaxt qırmızı vərəqə alıb və bundan sonra uduzub. Qrupdakı istənilən komanda qələbəyə qadirdir. Üç gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq. Qrupumuzda istənilən komanda qələbə qazanmağa qadirdir” – deyə təcrübəli mütəxəssis bildirib. Qeyd edək ki, Rutbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. D liqasında 3-cü qrupda yer alan Azərbaycan seçməsi səfərdə Farer Adaları yığması ilə qarşılaşıb. Paytaxt Torshavndakı “Torsvollur” stadionunda keçirilən oyunda Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov çıxıblar. Güclü yağışın müşayiəti ilə keçən oyunun ilk hissəsində hesabı Azərbaycan millisi açıb. Matçın 28-ci dəqiqəsində Riçard Almeyda fərqlənib. Futbolçu millimizin heyətində çıxdığı 11-ci oyunda ikinci qolunu vurub. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsi millimizin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0. İkinci hissəyə daha fəal başlayan yığmamız 67-ci dəqiqədə istəyinə nail olub. Dmitri Nazarov baxımlı qola imza atıb. Kobud oyuna görə, qarşılaşmanın 87-ci dəqiqəsində Farer Adaları yığmasının qapısına təyin olunan on bir metrlik cərimə zərbəsini Riçard Almeyda dəqiq yerinə yetirərək dubl edib. Komandaların cəhdlərinə baxmayaraq, görüşün sonunadək hesab dəyişməyib. Beləliklə, görüş Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığması UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. Qrupun digər oyununda Kosovo millisi Maltanı qəbul edib. Matç Kosovonun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Üç turdan sonra Qurban Qurbanovun yetirmələri 5 xalla qrupda ikinci pilləyə yüksəliblər. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
Komandamız növbəti görüşünü oktyabrın 14-də Bakıda Malta yığmasına qarşı keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Hər il Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik“
18.10.2018
Fərhad Rəcəbli 8-ci dəfə usta cüdoçular arasında dünya çempionu oldu
18.10.2018
Nurlan Səfərov bürünc medal qazanıb
17.10.2018
Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
17.10.2018
İki boksçumuz Avropa çempionu olub, biri 3-cü yeri tutub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info