ABŞ İrana BP ilə birlikdə layihəni davam etdirmək üçün lisenziya verib
Tarix: 12.10.2018 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


Qarşıdakı 45 gün ərzində dünya bazarlarında neft qiymətində kəskin dəyişikliklər olacaq. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar neftin qiymətinə böyük təsir göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri British Petroleum (BP) şirkətinin Baş direktoru Bob Dadli deyib. O bildirib ki, iri neft istehlakçısı olan ölkələrə İrandan neft almaq üçün icazə verilməlidir. Əks halda yüksələn qiymətlər qlobal iqtisadiyyata mənfi təsirini davam etdirəcək.
Maraqlı məqam ondan ibarətdir ki, BP-nin rəhbərinin bu bəyanatından sonra ABŞ administrasiyası BP və “Cerica Energy” şirkətlərinə Şimal dənizində aşkar edilmiş qaz yataqlarında işləri davam etdirmək üçün lisenziya (icazə) verib. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, BP və “Cerica Energy” şirkətləri Şimal dənizindəki neft və qaz yataqlarını İranın Milli Neft Şirkəti ilə birlikdə işləyirlər. İran və Böyük Britaniya mətbuatının yazdığına görə bu qaz yataqların birgə işlənməsinə dair əldə olunmuş razılaşmaya əsasən hasilatın pay bölgüsündə İran 50 faiz paya malikdir. Bu, kifayət qədər böyük rəqəmdir və deməli, İran Şimal dənizindən qaz hasilatında iştirak etmək üçün layihəyə sərmayə də yatırıb. Sərməyənin həcmi barəsində məlumat verilməsə də, aydın məsələdir ki, Şimalda qaz hasil etmək İranda qaz hasil etməkdən çox çətindir. Bu isə onu deməyə əsas verir ki, sərməyənin həcmi böyükdür.
Şimal dənizindəki Ram adlanan qaz yataqları Böyük Britaniyanın qaza olan tələbatının 5 faizini ödəmək imkanındadır. ABŞ-ın CNBS kanalının məlumatına görə, noyabrın 4-dən başlayaraq İranın neft sahəsinə qarşı tətbiq olunan sanksiyalar qüvvəyə minəcək. Lakin buna baxmayaraq, oktyabrın 9-da İranın Milli Neft Şirkətinə BP və “Cerica Energy” şirkətləri ilə birgə layihəni davam etdirməsi üçün icazə verilməsi belə qənaətə gəlməyə imkan verir ki, rəsmi Vaşinqton sanksiyaları yumşaldıb və İranın xarici neft şirkətləri ilə həyata keçirdiyi birgə layihələrə icazə verəcək. Bu isə dünya bazarında neftin qiymətinin sabit saxlanılması üçün atılan addımdır.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Mersi Tembon: “Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk”
21.02.2019
Azərbaycan neftinin bir barreli 68,50 dollara satılır
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info